Ali məktəbi xaricdə oxumaq istəyənlər üçün VACİB XƏBƏR

Ali məktəbi xaricdə oxumaq istəyənlər üçün VACİB XƏBƏR

Azərbaycanda xarici ölkələrdə təhsil almış gənclərin diplomlarının tanınması və onların iş tapmaqda üzləşdiyi çətinliklər gündəmdə qalmaqda davam edir. Bəzi işəgötürənlər xarici universitetlərdən məzun olanlara üstünlük vermək əvəzinə onları təcrübəsiz hesab edirlər.

 

Təhsil eksperti Kamran Əsədovun Yenisabah0.az-a verdiyi açıqlamada bu məsələlərin həllinə dair vacib məqamlar vurğulanıb.

 

Kamran Əsədov bildirib ki, bəzi şirkətlər xarici universitet məzunlarına üstünlük vermək əvəzinə onları təcrübəsiz hesab edir və bilik və bacarıqlarını düzgün qiymətləndirmirlər.

 

Ekspert qeyd edib ki, xaricdə təhsil uğurlu karyera üçün mühüm amildir, lakin bu, iş tapmaq üçün kifayət deyil. O, işəgötürənlərin xaricdə təhsil alanların bilik və bacarıqlarını daha yaxşı qiymətləndirməli və onlara uyğun imkanlar yaratmalı olduqlarını vurğulayıb.

 

"Valideynlər və tələbələr də bu reallığı nəzərə almalı və xaricdə təhsili daha sistemli və məqsədyönlü şəkildə planlaşdırmalıdırlar. Əks halda, bir çox xaricdə təhsil alan gəncin diplomu yalnız evdə qalmaqda davam edəcək" – deyə ekspert bildirib


OXŞAR XƏBƏRLƏR

İnsanlardan çox qütb ayılarının yaşadığı bu adada yaşamaq mümkündürmü?

7 mart 2025-ci ildə dərc edilən Prezident fərmanı ilə Türkiyə Şpitsbergen (Svalbard) müqaviləsini rəsmi olaraq qüvvəyə mindirib. Bu müqavilə Türkiyə vətəndaşlar...

Məşhur televiziya şousu ulduzunun həyat yoldaşı onu sifarişlə öldürmək istəyib

"Ghost Adventures" realiti-şousunun ulduzu Aaron Qudvinin həyat yoldaşı, 32 yaşlı Viktoriya ərini öldürməyi planlaşdırdığı üçün həbs edilib. Bu barədə...

Millimiz məğlub oldu

Azərbaycanın futzal millisi AÇ-2026-nın əsas mərhələsində səfərdə Yunanıstana məğlub olub.   Sfera.az xəbər verir ki, Afinadakı “DAİS Sports Ha...

Zelenski: Ukrayna birtərəfli qaydada atəşi dayandırmayacaq

Əgər Rusiya tərəfi də müvafiq addımı atsa, Ukrayna cəbhə xətti boyunca 30 gün ərzində atəşi dayandıracaq.   Sfera.az bildirir xəbər verir ki, bu barə...

Dağ Gəzintisi zamanı həyatını itirmişdi: “Mango” qurucusunun istintaqı yenidən açıldı

Türkiyədə doğulan, 14 yaşında ailəsi ilə birlikdə İspaniyaya köçən və tekstil nəhəngi “Mango” nun qurucularından İsak Andiç Ermay ötən ilin dekabrın...

Qadın güləşçimiz Avropa çempionu oldu

Azərbaycanın qadın güləşçisi Günay Qurbanova (59 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.   Sfera.a...