Abituriyentlərin diqqətinə: Keçid balları dəyişir


Abituriyentlərin diqqətinə: Keçid balları dəyişir

İlkin proqnozlara görə, buraxılış imtahanlarının nəticələri yüksək olacaq. Əgər blok imtahanlarında da oxşar göstəricilər əldə olunarsa, prestijli ixtisaslarda keçid ballarında 3-5 ballıq artım müşahidə edilə bilər. Bununla belə, bəzi az tələbat olan ixtisaslar üzrə keçid ballarının nisbətən aşağı olacağı gözlənilir.

 

Bu sözləri Sfera.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi builki imtahanların nəticələri ilə bağlı proqnozlarını bölüşərkən deyib.

 

Onun sözlərinə görə, abituriyentlər arasında aparılan sorğular da builki imtahanların əvvəlki illərə nisbətən oxşar çətinlik səviyyəsində olduğunu göstərir. Bu baxımdan, keçən ilin nəticələri nəzərə alınarsa, bu il də oxşar və ya daha yüksək nəticələr gözlənilir:

 

“Xüsusilə 5-ci ixtisas qrupu üzrə qəbul ballarında artımın olacağı ehtimal edilir. Çünki bu istiqamətdə qəbul birbaşa buraxılış imtahanlarının nəticələrinə əsaslanır”.

 

Təhsil eksperti abituriyentlər arasında aparılan sorğuların nəticələrini də bölüşüb. Belə ki, 2694 nəfər arasında keçirilən sorğunun nəticələri belədir:

 

- 300-dən yuxarı bal toplayanların sayı keçən ilə nisbətən daha çox olacaq;

 

- 251-300 bal aralığında nəticə göstərənlər – təxminən 22%;

 

- 201-250 bal aralığında nəticə göstərənlər – təxminən 16%;

 

- 151-200 bal aralığında nəticə göstərənlər – təxminən 30%;

 

- 100 baldan aşağı nəticə göstərənlər – təxminən 20-25%.

 

Qeyd edək ki, buraxılış imtahanının cavabları və ixtisas seçimi ilə bağlı yeniliklər barədə rəsmi açıqlamalar yaxın zamanda gözlənilir.


OXŞAR XƏBƏRLƏR

Koloradoda antisemit hücumu: Adam mitinqdə yəhudi icmasının üzvlərini yandırmağa çalışdı

Qəzza zolağında israilli girovlara dəstək məqsədilə Kolorado ştatı Boulderdə keçirilən aksiyaya gələn azı 8 nəfər yaralanıb. Mohamed Sabri Soliman adlı bir nəfə...

Prezidentə o kitab hədiyyə edildi - FOTO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgis...

Keçmiş “Nəsimi bazarı” yaxınlığında YANĞIN başladı

Bakının Nəsimi rayonunda, keçmiş “Nəsimi bazarı”nın yerində tikilən yaşayış kompleksi ətrafında məişət tullantıları olan sahə yanır.   Bu...

Niyə asiyalılar az qala hər şeydə çubuqlardan istifadə edirlər?

Asiya mədəniyyətlərində yemək çubuqlarının təkcə yemək zamanı deyil, həm də gündəlik həyatda tez-tez istifadə edildiyini fərq etmiş ola bilərsiniz. Xüsusən də x...

Prezidentdən millimizlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandası ilə bağlı paylaşım edib.   Sfera.az xəbər verir ki,...

Berbok BMT Baş Assambleyasının Prezidenti seçildi

Almaniyanın sabiq xarici işlər naziri Annalena Berbok BMT Baş Assambleyasının 80-ci sessiyasına prezident seçilib.   Sfera.az xəbər verir ki, sə...