Logo

Zəngilan, Cəbrayıl və Füzulidə buraxılış imtahanı keçirilib

Zəngilan, Cəbrayıl və Füzulidə buraxılış imtahanı keçirilib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

09 mart 2025 - ci il tarixində işğaldan azad olunmuş Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.

Sfera.az-ın verdiyi xəbərə görə, işğaldan azad olunmuş təhsili bərpa olunan Füzuli, Zəngilan və Cəbrayıl rayonlarında buraxılış imtahanları keçirilib.

Füzuli şəhəri 1 №-li M. Uluqbəy adına tam orta məktəb 25 şagird, Cəbrayıl şəhəri M. Mehdizadə adına tam orta məktəb - 5 şagird, Zəngilan rayon Ağalı kənd tam orta məktəb 6 şagird İmtahan verib.

Əlavə olaraq qeyd edək ki, Cəbrayıl şəhər M. Mehdizadə adına tam orta məktəbdə buraxılış imtahanları bu il ilk dəfə keçirilib.

İşğaldan azad olunan rayonlar üzrə buraxılış imtahanları 3 binada təşkil olunub. İmtahanın idarə olunmasına 3 bina nümayəndəsi və 3 imtahan rəhbəri cəlb olunub.

İşğaldan azad olunmuş rayonlardakı imtahanlarda ümumilikdə 36 nəfər şagirdin iştirakı nəzərdə tutulmuşdur. 02 mart 2025-ci il tarixində də işğaldan azad olunmuş Xankəndi, Xocalı, Şuşa və Laçın rayonlarında imtahan keçirilib. İmtahanda 45 şagird iştirak edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR