Buraxılış imtahanında qalmaqallı suala RƏSMİ CAVAB – FOTO

Buraxılış imtahanında qalmaqallı suala RƏSMİ CAVAB – FOTO

Dövlət İmtahan Mərkəzinin(DİM) buraxılış imtahanları ilə bağlı daha bir narazılıq sosial şəbəkədə gündəm olub.
 

Bu dəfə iqtisadçı ekspert Eldəniz Əmirov imtahan sualları ilə bağlı iradlarını bildirib. O, sualların doğru tərtib olmadığını iddia edib:


 “Bu gün DİM tərəfindən 11-ci siniflər üçün keçirilən buraxılış imtahanında 81-ci sualı (riyaziyyatdan) mənə göndərdilər ki, baxım. Məsələ tərtibində ciddi problemlər var. Qeyri-dəqiq ifadələrlə məsələ tərtib edilməməlidir. Məsələnin həm şərtləri, həm də sualı aydın deyil. Birincisi, sual boru ilə bağlıdırsa, ya "neçə ədəd boru lazımdır", ya da "neçə metr boru lazımdır" formasında verilməlidir. Çünki məsələnin şərtində "hər bir borunun uzunluğu" ifadəsi yer alır. Lakin sual "nə qədər boru" şəklində qoyulub ki, bu da dəqiqlikdən uzaqdır. Bu səbəbdən sual neçə metr üzərində qurulmalıdır. Bundan əlavə, sual açıq tipli olduğuna görə cavab variantları təqdim edilsəydi, abituriyentlər cavablara baxaraq metr və ya ədəd anlayışını daha asan ayırd edə bilərdilər.
 

Digər tərəfdən, sualda "ən azı" ifadəsi işlədilib. Bu ifadə yalnız o halda istifadə olunmalıdır ki, şərtləri ödəyən bir neçə mümkün hal olsun və abituriyent onların içindən ən kiçiyini seçsin. Lakin bu məsələdə konkret şəkil təqdim edildiyi üçün "ən azı" ifadəsi artıqdır və yalnız çaşdırıcı təsir yaradır.
 

Odur ki, suallar elə tərtib edilməlidir ki, qeyri-müəyyənlik və ikibaşlılıq yaranmasın.  Məsələnin bütün məqamları dəqiq və anlaşılır olmalıdır. Hazırki vəziyyətdə isə "64" verilmiş şərtlər, cümlə quruluşları və.verilmiş şəkilə uyğun ən uyğun cavabdır”.
 

İradlarla bağlı DİM-ə müraciət etdik. Qurumdan Bizim.Media-ya bildirdilər ki,  2 mart 2025-ci il tarixində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında riyaziyyat fənni üzrə təqdim edilmiş 81 nömrəli tapşırıq real həyati situasiyaya əsaslanan tapşırıqdır:
 

“Tapşırıqda  şagirdlərin kvadratın perimetri (4-cü sinif səh.48 ) və sahəsi (4-cü sinif səh.50), eyni zamanda birməchullu kvadrat tənlik qurmaq və qurulan tənliyi həll etmək (8-ci sinif səh.67) bacarıqlarının yoxlanılması nəzərdə tutulub. Verilmiş tapşırıqda şagird ilk olaraq bağçaların tərəfləri və sahələri arasındakı münasibətlərlə bağlı qoyulmuş şərtdən istifadə edərək birməchullu kvadrat tənlik qurur və nəticədə bağçaların hər birinin tərəfinin uzunluğunu tapır. Ən az nə qədər borudan istifadə edildiyini soruşmaqda məqsəd anbarla hər bağçanın bir su borusu ilə birləşməsi (yəni yalnız anbardan suyu bağçaya aparan borunun olması lakin sonda qalan suyu anbara qaytaran 2-ci borunun olmaması) halına baxılması nəzərdə tutulur. Bu halda nə qədər borudan istifadə edildiyini tapmaq üçün şagirddən kvadratların perimetrlərini tapmaq, perimetrləri və bağçalarla su anbarı arasındakı boruların uzunluqlarını toplamaq tələb edilir. Qeyd edək ki, boruların sayını tapmaq üçün məsələdə bu suvarma sisteminin bütün hissələrinin qurulmasında yalnız 4 metrlik borulardan istifadə edilməsi şərti verilməlidir, lakin məsələnin şərtində yalnız bağçalarla su anbarı arasındakı boruların hər birinin uzunluğu 4 metr olduğu verilir və bu şərtdən isə bu suvarma sisteminin bütün hissələrinin qurulmasında yalnız 4 metrlik borulardan istifadə edilməsi şərti alınmır. Bu qeyd olunanlara  əsasən tapşırığın şərtində yer alan “nə qədər borudan istifadə olunur” ifadəsi dedikdə boruların ümumi uzunluğunun tapılması tələb olunduğu başa düşülür”.


Qurumdan o da bildirildi ki, bu tapşırıq ətraflı yazılı cavab tələb olunan sualdır:

 

“Ona görə cavablar meyarlar əsasında qiymətləndirilir və tələb olunan uzunluğu doğru (64 metr) tapıb, sonra həmin uzunluğu məsələnin şərtində olmayan məlumatı təxmin edərək 4 metrə bölüb tələb olunmayan sayı tapan iştirakçıların cavabı da ekspert komissiyasının qərarı ilə meyarda dəyişiklik edilərək tam balla qiymətləndiriləcək”.




OXŞAR XƏBƏRLƏR

İki saatda 40 dollar qazanır: Vizajist görüşə tələsən qızlara metroda makiyaj edir - FOTO

Deng Qiqi adlı çinli qadın Chongqing şəhərindəki sıx Shapingba metro stansiyasında qeyri-adi biznesini açıb. Belə ki, o, görüşə gedən müştərilərə sürətli makiya...

44 illik sükut: Uzun illər sonra DNT testi ilə ailə sirlərini açdı

Nyu Cersi ştatının Camden şəhərindən olan 29 yaşlı Roberta Michels-Hopkins 1981-ci ildə siqaret almağa çıxandan sonra yoxa çıxıb. O vaxtdan bəri ondan xəbər olm...

Bu gün Od çərşənbəsidir

Bu gün Od çərşənbəsidir.   Sfera.az xatırladır ki, Od çərşənbəsi Novruz bayramına hazırlıq çərşənbələrinin ikincisidir və xalq inanclarına görə,...

“Kosmos Gəmisinə" mindikdən sonra yoxa çıxdı - FOTO

1980-ci ilin noyabrında Kanadalı həvəskar Qrancer Teylor müəmmalı şəraitdə yoxa çıxıb. İtkin düşməmişdən əvvəl o, yadplanetlilərlə ulduzlararası səyahətə çıxdığ...

Şəhid ailəsində faciə - Ana və atası dəm qazından vəfat etdi

Bu gün axşam saatlarında Vətən müharibəsi şəhidi Vahid Ağayevin hər iki valideyni dəm qazından vəfat edib.    Sfera.az xəbər verir ki, bu barədə...

Hikmət Hacıyev Litva səfiri ilə bu məsələləri müzakirə etdi

Litvanın Azərbaycan və Türkmənistandakı səfiri Keştutis Vaskaleveçius Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələlər...