Sabah buraxılış imtahanıdır

Sabah buraxılış imtahanıdır

Martın 2-də 11-ci sinif şagirdərinin buraxılış imtahanları keçiriləcək.

 

Sfera.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) sabah Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami, Abşeron (I hissə), Sumqayıt (I hissə), Gəncə (I hissə), Goranboy, Yevlax, Naftalan, Şəmkir, Gədəbəy, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Göyçay, Ağdaş, Şamaxı, Qobustan, Kürdəmir, Lənkəran, Cəlilabad, Yardımlı, Bərdə, Tərtər, Ağdam, Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən, Şabran, Ağdərə (Talış kənd tam orta məktəbi), Xocalı, Xankəndi, Şuşa və Laçında (Şəhər 2 №-li tam orta məktəb, Zabux və Sus kənd tam orta məktəbləri) Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirəcək.

 

Martın 2-də tədrisi ingilis dilində olan məktəblərin şagirdləri də imtahan verəcəklər.


İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 242 imtahan binası, 4292 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 242 ümumi imtahan rəhbəri, 675 imtahan rəhbəri, 4292 nəzarətçi, 747 buraxılışı rejimi əməkdaşı (mühafizə), 242 bina nümayəndəsi ayrılıb.


Martın 2-də keçiriləcək imtahanda 57437 şagirdin iştirakı nəzərdə tutulur. İmtahanda 36 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək.


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Ruanda Respublikasının Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Ruanda Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb.   Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir...

Dünyada ən çox bu bürcün nümayəndəsi var

Dünyada ən çox rast gəlinən bürcün adı məlum olub.   Sfera.az xəbər verir ki, statistik məlumatlara görə, planetin müxtəlif bölgələrində doğum tarix...

Rusiyada azərbaycanlı qadını VƏHŞİCƏSİNƏ DÖYDÜLƏR - VİDEO

Rusiyada jurnalist restoran əməkdaşına hücum edib   Sfera.az AZTV-yə istinadən xəbər verir ki, Rusiyada daha bir insident qeydə alınıb. Sverdlovsk vi...

“Bank of Baku tam rəqəmsallaşacaq!” – Bankın sədri Həsən Quliyevlə MÜSAHİBƏ

Bank of Baku-nun İdarə Heyətinin sədri Həsən Quliyev bankın fəaliyyəti ilə bağlı müsahibə verib.   Sfera.az materialı təqdim edir:   ...

Bu rayonlara yağış yağıb - Faktiki hava

Azərbaycanda iyulun 1-i saat 10:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub.   Bu bar...

ABB daşınmaz əmlak bazarı ilə bağlı 3-cü hesabatını yaydı

ABB “Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili” adlı 3-cü araşdırma hesabatını təqdim edib.   Bu araşdırma 2025-ci ilin 1-ci rübü...