Bu məktəblərdə ədəbiyyat fənni Azərbaycan dilində aparılacaq - RƏSMİ

Bu məktəblərdə ədəbiyyat fənni Azərbaycan dilində aparılacaq - RƏSMİ

Tədrisi digər dillərdə aparılan məktəblərdə ədəbiyyat fənni də Azərbaycan dilində tədris edilə bilər.

 

Sfera.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev bugünkü brifinqdə çıxışı zamanı deyib.

 

"Tədrisi digər dillərdə aparılan məktəblərdə Azərbaycan tarixinin sırf Azərbaycan dilində aparılmasında məqsəd Azərbaycan dilini ölkədə təhsil alan hər kəsin mükəmməl bilməsini təmin etməkdir. Buna görə biz Azərbaycan dilinin tədris saatını 2-dən 3-ə qaldırmışıq, hətta gələcəkdə 4 saat da ola bilər. Orta məktəbdə təhsil alan təxmini 10-11 yaşlı şagird Azərbaycan dilini mükəmməl bilməlidir. Həmin şəxs Səməd Vurğunu, Mirzə Ələkbər Sabiri də Azərbaycan dilində oxumalıdır", - nazir bildirib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR