Nazir bu müəllimləri tənqid etdi: "Dəb üçün..."
Təhsil
15:55 / 06.02.2025
6176
"Dəb üçün də uşağını repetitor yanına qoyan var".
Sfera.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev bugünkü brifinqdə çıxışı zamanı deyib.
"Necə ola bilər ki, məktəb müəllimi məktəbdə pisdir, repetitor olanda yaxşıdır? Həmçinin, bu vicdan məsələsidir. Öz şagirdinə dərs deyən insan həm də onun repetitorudursa, bu, müəllimlik peşə etikasına uyğun deyil, ayıbdır. Müəllim dərsdə şagirdə öz biliklərini ötürməlidir".
Nazir əlavə edib ki, müəllim dərsdən sonra öz şagirdlərinə yox, başqa şagirdlərə dərs verə bilər: "Müəllim dərsdən sonra başqa uşağa dərs demək istəyirsə, burada problem yoxdur".
Firuzə Əliyeva