Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ: Bu tarixlərdə...

Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ: Bu tarixlərdə...

Peşə Təhsili üzrə Dövlət Agentliyi tabeliyində olan, həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan peşə təhsili müəssisələrinə direktor və direktor müavinlərinin mərkəzləşmiş müsabiqə ilə işə qəbuluna start verilir. Peşə təhsili müəssisələrində direktor və direktor müavini kimi çalışmaq istəyən şəxslər 2025-ci ilin 22 yanvar – 7 fevral  tarixləri arasında //portal.edu.az/ elektron müraciət portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər.

 

Sfera.az xəbər verir ki, müsabiqə çərçivəsində ümumilikdə respublika üzrə 14 direktor və 54 direktor müavini vakansiyası elan olunur.

 

Direktor və direktor müavinlərinin işə qəbulu müsabiqəsi elektron ərizə qeydiyyatı və vakant yerlərin seçilməsi, ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Ərizələri təsdiq edilən namizədlər  fevral ayında qanunvericilik, məntiq və müvafiq sahəyə aid suallardan ibarət imtahana dəvət ediləcəklər. Müsahibələrin keçirilməsi mart ayında nəzərdə tutulur.

 

 Peşə təhsili müəssisələrində direktor və direktor müavini olmaq istəyən şəxslər üçün qanunvericiliklə müəyyən olunan minimum tələblər bunlardır:

 

Direktor vəzifəsi üçün: ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və müvafiq sahə üzrə 5 ildən az olmayan əmək stajına malik şəxslər;

 

Tədris və təlim işləri üzrə direktor müavini vəzifəsi üçün: pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsil və ya təhsil müəssisəsinin profilinə uyğun ali təhsil, pedaqoji və ya rəhbər

 

vəzifələrdə 3 ildən az olmayaraq əmək stajına malik şəxslər.        

 

Tərbiyə işləri üzrə direktor müavini vəzifəsi üçün: pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsil və ya təhsil müəssisəsinin profilinə uyğun ali təhsil, pedaqoji və ya rəhbər vəzifələrdə 3 ildən az olmayaraq əmək stajına malik şəxslər.

 

İnzibati təsərrüfat işləri üzrə direktor müavini vəzifəsi üçün: orta ixtisas təhsili, yaxud ali təhsil, inzibati-təsərrüfat işlərində təcrübəsi olan şəxslər. 


OXŞAR XƏBƏRLƏR

Prezidentlərin təkbətək görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə təkbətək görüşü başlayıb.   Sfera.az&n...

Ödənişli yolda qəza: biri vurdu, digərləri üstündən keçdi...

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolunda ölüm hadisəsi baş verib.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, iyulun 1-i səhə...

Serj Sarkisyana qarşı rüşvət almaq ittihamı irəli sürüldü

Ermənistanın 3-cü prezidenti Serj Sarkisyana qarşı rüşvət almaq və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq ittihamı irəli sürülüb.   Sfera.a...

Rusiyada döyülən azərbaycanlı qadın: “Mənə təxribatçı suallar verdilər” - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində restoranda çalışan azərbaycanlı qadın "KRİK-TV"nin əməkdaşının hücumuna məruz qalıb. Belə ki, televiziya əməkdaşı Al...

Günvurma bu şəxslər üçün risklidir - AÇIQLAMA

Yay aylarının ən çox rast gəlinən sağlamlıq problemlərindən biri günvurmadır. Bu zaman bədənin istilik tənzimi pozulur, daxili orqanlarda zədələnmələr baş verə ...

Qarpızdan 16 nəfər zəhərlənib

May-iyun ayları ərzində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qarpızdan zəhərlənmə şübhəsi ilə 16 nəfər müraciət edib.  ...