Sertifikasiyadan keçən 55 min müəllimin maaşı artıb

Sertifikasiyadan keçən 55 min müəllimin maaşı artıb

 

Əməkhaqqına 35% əlavə tətbiq olunmuş müəllimlər üzrə isə orta aylıq əməkhaqqı 1295 manat təşkil edib.

 

Sfera.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini, “İnsan kapitalı və təhsil üzrə” İşçi qrupunun rəhbəri Kənan Kərimzadə “Azərbaycan müəllimi”nə müsahibəsində deyib.

 

Nazir müavini bildirib ki, dövlət ümumi təhsil müəssisələrinin fəaliyyətinin təşkili üzrə 2025-ci ildə 2.35 milyard manat vəsait nəzərdə tutulub:

 

“Ümumi təhsil sahəsində öncə ötən tədris ilində müəllimlərin sertifikasiyası və onun nəticələrindən danışa bilərik. Strategiyada nəzərdə tutulmuş tədbirlər çərçivəsində 2022-2024-cü illərdə 65 min nəfərə yaxın müəllim sertifikatlaşdırmaya cəlb edilib. Sertifikatlaşdırma prosesindən uğurla keçmiş, ümumilikdə 55 min nəfər olmaqla, 38 min nəfərdən çox müəllimin əməkhaqqına 10%, 17 min nəfərdən çox müəllimin əməkhaqqına isə 35% əlavə tətbiq edilib. Nəticədə əməkhaqqına 10% əlavə tətbiq olunmuş müəllimlər üzrə orta aylıq əməkhaqqı 980 manat, əməkhaqqına 35% əlavə tətbiq olunmuş müəllimlər üzrə isə orta aylıq əməkhaqqı 1295 manat təşkil edib.

 

Cari ildə əlavə 20 mindən çox müəllimin bu prosesə cəlb olunması və bu məqsədlə dövlət büdcəsində əlavə 60.8 milyon manat olmaqla, ümumilikdə sertifikatlaşdırma çərçivəsində əməkhaqqı əlavələri üçün 154.4 milyon manat vəsait nəzərdə tutulub”.


OXŞAR XƏBƏRLƏR

Bu kəndə köçənə hökumət 20 min dollar, hər uşağa görə bonus verir

İsveçrə Alp dağlarında yerləşən Albinen kəndi insanların köçürülməsi üçün maddi həvəsləndirmə proqramına başlayıb və yeni sakinlərə əhəmiyyətli ödənişlər təklif...

Yaşlıqadının öldüyü elan edildi, gözlənilmədən “dirildi”

88 yaşlı qadının öldüyü elan edilsə də, o, dəfn olunmağa hazırlaşarkən gözlənilmədən “dirilib”. Hadisə Çexiyanın Pilsen şəhərində baş verib. Sf...

10 saniyəlik gecikmə səbəbindən təyyarə yerə enə bilməyib

On saniyəlik gecikmə Mayorkadan Münhenə normal iki saatlıq uçuşu Almaniya boyunca 12 saatlıq səyahətə çevirib. 221 sərnişin üçün bu, əsl macəra olub.  &...

Turistik bölgələrdə elektrik qarışqaları aşkar edildi: Təhlükəsi nədir?

İspaniyanın Tenerifedəki Los Cristianos şəhərində, qolf kompleksində Təbii Məhsullar və Aqrobiologiya İnstitutunun entomoloqları dünyada ən invaziv qarışqa növl...

Azərbaycanda müəllim bıçaqlandı

Ağdamda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az bildirir ki, hadisə ötən gün rayonun Zəngişalı kəndində qeydə alınıb. Kənd sakini 1984-cü il t...

Mask: Mən olmasaydım, Tramp seçkilərdə uduzardı

İlon Mask ABŞ-ın hazırkı prezidenti Donald Trampın əleyhinə sərt çıxış edərək bildirib ki, onun dəstəyi olmasaydı Tramp seçkilərdə qalib gələ bilməzdi.  ...