Yeni virus COVID-dən daha təhlükəlidir? - Mütəxəssis izah edir

Yeni virus COVID-dən daha təhlükəlidir? - Mütəxəssis izah edir

Çində yayılan metapnevmovirus insanlarda təşvişə səbəb olmağa davam edir.

 

Sfera.az xəbər verir ki, əsas simptomları öskürək, hərarət, burun tutulması və yorğunluq olan virusa yoluxma halları bir sıra ölkələrdə artıb. Qonşu Gürcüstanın Yoluxucu Xəstəliklərə Nəzarət Milli Mərkəzi də son həftələrdə qripin müxtəlif növlərinə yoluxma hallarının artdığını açıqlayıb.

 

Səhiyyə üzrə ekspert, Gürcüstanın Mərkəzi Respublika Xəstəxanasının həkimi Maka Beluaşvili metapnevmovirusun COVID-19-dan fərqini izah edib:

 

"COVID-19 dünyada yeni virus növü olduğundan onunla mübarizə aparmaq olduqca çətin oldu. Metapnevmovirus isə yeni deyil. Bu barədə bütün səhiyyə işçiləri məlumatlıdırlar və müalicə-profilaktika tədbirləri bəllidir. Vətəndaşlara tövsiyə edirəm ki, mövsümi virusların geniş yayıldığı bu aylarda yüksək hərarət, boğaz ağrısı, öskürək kimi əlamətlər bir neçə gün davam edərsə, mütləq həkimə müraciət etsinlər".

 

Ətraflı Baku TV-nin süjetində:

 


OXŞAR XƏBƏRLƏR

Bu kəndə köçənə hökumət 20 min dollar, hər uşağa görə bonus verir

İsveçrə Alp dağlarında yerləşən Albinen kəndi insanların köçürülməsi üçün maddi həvəsləndirmə proqramına başlayıb və yeni sakinlərə əhəmiyyətli ödənişlər təklif...

Yaşlıqadının öldüyü elan edildi, gözlənilmədən “dirildi”

88 yaşlı qadının öldüyü elan edilsə də, o, dəfn olunmağa hazırlaşarkən gözlənilmədən “dirilib”. Hadisə Çexiyanın Pilsen şəhərində baş verib. Sf...

10 saniyəlik gecikmə səbəbindən təyyarə yerə enə bilməyib

On saniyəlik gecikmə Mayorkadan Münhenə normal iki saatlıq uçuşu Almaniya boyunca 12 saatlıq səyahətə çevirib. 221 sərnişin üçün bu, əsl macəra olub.  &...

Turistik bölgələrdə elektrik qarışqaları aşkar edildi: Təhlükəsi nədir?

İspaniyanın Tenerifedəki Los Cristianos şəhərində, qolf kompleksində Təbii Məhsullar və Aqrobiologiya İnstitutunun entomoloqları dünyada ən invaziv qarışqa növl...

Azərbaycanda müəllim bıçaqlandı

Ağdamda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az bildirir ki, hadisə ötən gün rayonun Zəngişalı kəndində qeydə alınıb. Kənd sakini 1984-cü il t...

Mask: Mən olmasaydım, Tramp seçkilərdə uduzardı

İlon Mask ABŞ-ın hazırkı prezidenti Donald Trampın əleyhinə sərt çıxış edərək bildirib ki, onun dəstəyi olmasaydı Tramp seçkilərdə qalib gələ bilməzdi.  ...