SDU-nun dəstəyi ilə Oksford Universiteti və Burjeel Holdinq COP29 çərçivəsində “İqlim Dəyişikliyi Müsabiqəsi” final mərhələsi keçirildi - FOTO

SDU-nun dəstəyi ilə Oksford Universiteti və Burjeel Holdinq COP29 çərçivəsində "İqlim Dəyişikliyi Müsabiqəsi" final mərhələsi keçirildi - FOTO
Kateqoriya məlum deyil
T

18 noyabr 2024-cü il tarixində Sumqayıt Dövlət Universitetinin dəstəyi lə Oksford Universiteti (Saïd Business School) və Burjeel Holdinq COP29 çərçivəsində “İqlim Dəyişikliyi Müsabiqəsi” final mərhələsi keçirilib.

 

Sfera.az bildirir ki, Sumqayıt Dövlət Universitetinin dəstəyi ilə həyata keçirilən müsabiqəyə 58 ölkədən daxil olan 1000-dən çox müraciət daxil olub ki, bunlardan təxminən 135-i Azərbaycandan olub. Ümumilikdə, 5 müəllim və 5 şagird komandası final mərhələsində iştirak hüququ qazanıb.

 

Finala vəsiqə qazanan müəllimlərdən Azərbaycandan Aliyə Əhmədova, Hindistandan Mariya Shah və Naqeeb Mehdi, Böyük Britaniyadan Michael P. Jones və Livandan Roudaina Kassam, şagird komandalarından isə ABŞ-dən 2, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirliyindən və Livandan bir komanda layihələrini münsiflər heyətinə təqdim edib.

 

Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini Kənan Kərimzadə müsabiqənin açılışında çıxış edərək layihənin vacibliyindən danışıb və müsabiqə finalçılarına uğurlar arzu edib. Sumqayıt Dövlət Universitetinin rektoru, dosent Rüfət Əzizov və Oksford Universitetinin (Saïd Business School) əməliyyatlar üzrə baş direktoru Manos Kapterian çıxış edərək müsabiqə haqqında məlumat verib.

 

Təqdimatlardan sonra münsiflər heyəti layihələrin qiymətləndirməsini aparıb. Müsabiqənin münsiflər heyətinin qərarı ilə finala vəsiqə qazanan müəllimlərdən Hindistanı təmsil edən Naqeeb Mehdi, şagird komandalarından isə Birləşmiş Ərəb Əmirliyi təmsil edən komanda birinci yerə layiq görülüb. Mükafatlandırma mərasimində elm və təhsil nazirinin müavini Həsən Həsənli çıxış edərək müsabiqənin faydalarından bəhs edib və qalibləri təbrik edib. Qeyd edək ki, hər il keçirilən “İqlim Dəyişikliyi Müsabiqəsi” qlobal arenada gəncləri iqlim dəyişikliyinə qarşı hərəkətə keçməyə və öz cəmiyyətlərində transformativ dəyişikliklər yaratmağa ruhlandırmaq üçün geniş səylərin bir hissəsidir.

 

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Gallery image 9
Gallery image 10
Gallery image 11
Gallery image 12
Gallery image 13
Gallery image 14
Gallery image 15
Gallery image 16
Gallery image 17
Gallery image 18
Gallery image 19
Gallery image 20
Gallery image 21
Gallery image 22
Gallery image 23
Gallery image 24
Gallery image 25
Gallery image 26
Gallery image 27
Gallery image 28
Gallery image 29
Gallery image 30
Gallery image 31
Gallery image 32
Gallery image 33
Gallery image 34
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
Thumbnail 9
Thumbnail 10
Thumbnail 11
Thumbnail 12
Thumbnail 13
Thumbnail 14
Thumbnail 15
Thumbnail 16
Thumbnail 17
Thumbnail 18
Thumbnail 19
Thumbnail 20
Thumbnail 21
Thumbnail 22
Thumbnail 23
Thumbnail 24
Thumbnail 25
Thumbnail 26
Thumbnail 27
Thumbnail 28
Thumbnail 29
Thumbnail 30
Thumbnail 31
Thumbnail 32
Thumbnail 33
Thumbnail 34
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR