"İnsan inkişafının iqlimədavamlı gələcəyini qurmaq missiyanın mərkəzində təhsil və elm dayanır" - Nazir

"İnsan inkişafının iqlimədavamlı gələcəyini qurmaq missiyanın mərkəzində təhsil və elm dayanır" - Nazir

"Azərbaycanda insan inkişafının iqlimədavamlı gələcəyini qurmaq üçün lazım olan missiyanın mərkəzində təhsil və elm dayanır".

 

Sfera.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) “İqlim dayanıqlılığı üçün insan inkişafı üzrə Bakı Təşəbbüsü” adlı müzakirədə deyib.

 

O bildirib ki, İqlimə Dözümlülük üçün İnsan İnkişafı üzrə Bakı Rəhbər Prinsiplərinin dəyişiklikləri təhsildən başlayır:

 

"Prinsip 3, erkən uşaqlıqdan universitetlərə qədər bütün səviyyələrdə keyfiyyətli iqlim dəyişikliyi təhsilinin inteqrasiyasını vurğulayır. Biz iqlim təhsilini milli kurrikuluma daxil edib hər bir şagirdin planetimizin qorunmasında öz rolunu başa düşməsini təmin etməklə konkret addımlar atmışıq. İqlim dəyişikliyi sahəsində müəllimlərin inkişafı istiqamətində isə hələ çox işlər görülməlidir.Azərbaycanın "2022-2026-cı illər üzrə Sosial-İqtisadi İnkişaf Strategiyası"nda dayanıqlı və aşağı karbonlu təhsil sistemlərinin qurulmasına böyük diqqət yetirilir. Bu, bizim məktəblərin iqlim təsirlərinə tab gətirə bilməsini və təhlükəsiz təlim mühiti kimi xidmət etməyə davam edə bilməsini təmin edəcək. Bundan əlavə, “Böyük Qayıdış” Dövlət Proqramı vasitəsilə həssas regionlarda məktəb infrastrukturunun modernləşdirilməsi üzrə Qarabağın işğaldan azad edilmiş ərazilərinin bərpasına və dirçəldilməsinə, dayanıqlı inkişafın təşviqinə və dayanıqlılığın yaradılmasına diqqət yetirilib".

 

E.Əmrullayev qlobal davamlılıq standartlarından danışarkən "SABAH.city" layihəsindən də bəhs edib:

 

"Sinif otaqlarından başqa biz gənclərimizi aşağı karbonlu iqtisadiyyat üçün lazım olan yaşıl bacarıqlarla təchiz edirik. Bu vizyonu dəstəkləyən təşəbbüslərdən biri "SABAH.city" layihəsidir - təhsil, tədqiqat və sənayenin innovasiyaya təkan vermək və davamlı həllər hazırlamaq üçün birləşdiyi mərkəz".

 

Nazir sonda vurğulayıb ki, birlikdə təhsil, elm və tərəfdaşlıq vasitəsilə davamlı, əhatəli və davamlı gələcək yarada bilərik.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Romantik adı olan təyyarə Okean üzərində müəmmalı şəkildə yoxa çıxdı - FOTOLAR

“PAA-944” kod adı verilən “Pan American World Airways Flight 7”nin müəmmalı şəkildə yoxa çıxmasından 70 ildən çox vaxt keçir. Təyyarənin...

Ekipajsız üzən sirli xəyal gəmisinin sahildə görünməsinin sirri açıldı - FOTO

Florida çimərliyində tərk edilmiş halda tapılan “Miss Monty” (Rəbb Gəmisi) gəmisinin sahibi onu gəmini tərk etməyə məcbur edən texniki problemdən da...

Metalı belə əridə bilən mədə turşusu mədəmizi necə olur ki korlamır?

Əgər siz nə vaxtsa qastrit, reflü və ya mədə yanmasından əziyyət çəkmisinizsə, mədə turşusunun nə qədər güclü olduğunu bilirsiniz. Amma əsl təəccüblü olan odur ...

Hiss dəbdəbəli evini göstərdi - VİDEO

Müğənni Hiss (Röya Məmmədova) paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, sənətçi dəbdəbəli evindən video yayıb.   O, zarafatla...

Türkiyədə ağır yol qəzası: üç nəfər ölüb, iki nəfər yaralanıb

Türkiyədə iki avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb, iki nəfər yaralanıb.   Sfera.az  “Haber Global”a istinadən xəbər ver...

Mehriban Əliyeva "Sea Breeze"də həyata keçirilən layihələrlə tanışlıq barədə video paylaşdı

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Prezident İlham Əliyev ilə “Sea Breeze”də həyata keç...