Logo

Müəllim işləmək istəyənlərin DİQQƏTİNƏ!

Müəllim işləmək istəyənlərin DİQQƏTİNƏ!
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Müddətli müqavilə ilə vakansiya seçiminə start verilir.

Bu barədə Sfera.az-a İnsan Resursları Mərkəzindən məlumat verilib.

Mərkəzdən bildirilib ki, 30 avqust saat 11:00-dan etibarən müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə start veriləcək.

Vakansiya seçimi test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılır.

Qeyd edək ki, müddətli müqavilə ilə vakansiya seçimi zamanı namizədlər 4 vakant yer seçə bilərlər. Namizədlər 2 sentyabr saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.

Firuzə Əliyeva

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR