“Azərbaycan 2030 və dayanıqlı inkişaf” milli tələbə müsabiqəsi keçirildi - FOTOLAR

“Azərbaycan 2030 və dayanıqlı inkişaf” milli tələbə müsabiqəsi keçirildi - FOTOLAR

26–28 aprel tarixlərində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində hakaton formatında tələbə müsabiqəsi təşkil edilib.  

 

Layihə “Bir könüllü” Tələbə Təşkilatı və Gənclər Fondunun təşkilatçılığı, “bp Azərbaycan”, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Təhsilin İnkişafı Fondu, SABAH.HUB-ın tərəfdaşlığı, “Tetroid” şirkətinin media dəstəyi ilə həyata keçirilib.  

 

Müsabiqənin keçirilməsində məqsəd iqlim dəyişikliklərinə uyğunlaşma və onun təsirlərinin azaldılması istiqamətində tələbələrin innovativ layihə ideyalarını dəyərləndirmək olub. 
 

Müsabiqənin açılış mərasimində BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov tələbələr üçün təşkil olunan belə layihələrin əhəmiyyətindən danışıblar.

 

Ardınca Təhsilin İnkişafı Fondunun rəhbəri Elnur Nəsibov, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev çıxış ediblər və gənclərə tələbəlik illərində təhsil üzrə müxtəlif faydalı imkanları dəyərləndirməyə dair tövsiyələr veriblər.

 

Tələbə müsabiqəsinin ilk günündə akademik İşıl Keskin Şahan, “Flower Turbines” şirkətinin baş icraçı direktoru Daniel Farb və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan ofisində milli proqram koordinatoru vəzifəsində çalışan Elməddin Namazovun təqdimatında interaktiv təlim proqramları həyata keçirilib. Günün ikinci yarısında su ehtiyatları üzrə idarəetmənin iqlim dəyişikliklərinə uyğunlaşdırılması, bərpaolunan enerji mənbələrindən istifadənin artırılması, yaşıl texnologiyaların tətbiqi, şəhər və yaşayış məntəqələrinin davamlılığı və ekoloji dayanıqlılığının təminatı olmaqla 4 əsas istiqamət üzrə həyata keçirilən hakatonun iştirakçıları ilkin ideyaların formalaşdırılmasına başlayıblar. Müsabiqə ərzində hər bir komanda mentor dəstəyi də alıb. Hakatonda müvafiq istiqamətlər üzrə təyin edilmiş 10 mentor tələbələrə konstruktiv rəylər verərək onlara ideyalarının təkmilləşdirilməsi istiqamətində dəstək olub. 

 

Hakatonun finalında isə tərkibi 10 nəfərdən ibarət 30 komanda 5 dəqiqə ərzində layihə təqdimatlarını həyata keçirib. Münsiflər heyətinin qərarı ilə “Genesis” komandası I, “Cookers 404” komandası II, “Hexagon Bhos” komandası III yerə layiq görülüblər. Qaliblər müvafiq olaraq 2000, 1500, 1000 manat məbləğində mükafat və “bp Azərbaycan” tərəfindən təqdim olunan hədiyyə ilə mükafatlandırılıblar. 

 

Tələbə müsabiqəsinin qalib komandası eyni zamanda layihənin tərəfdaşı olan SABAH.HUB Mərkəzində inkubasiya proqramına cəlb ediləcək. 

 

Qeyd edək ki, müsabiqədə 3 komanda region gənclərindən, 27 komanda isə paytaxt gənclərindən ibarət olub.

 

 

 


OXŞAR XƏBƏRLƏR

DİM sədrindən abituriyentlərə MÜHÜM MÜRACİƏT 

“İnsanlar istəyir ki, sıfır balla attestat alanlar da ali məktəbə qəbul olunsun”.   Sfera.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (...

Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim OLUNACAQ

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq.   Bu barədə Sfera.az-a Komissiyanın üzvü,...

İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin TƏMƏLLƏRİNİ QOYDU

Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub.   Sfera.az xəbə...

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub.   Sfera.az-ın xəbərinə görə, bu ba...

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Qazaxıstan Rusiya ilə əldə etdiyi razılaşmaya əsasən, bu ölkədan idxal etdiyi xam şəkərin miqdarını artıra biləcək.  Sfera.az Rusiya mediasına istinad...

"Bu məsələlər keçid ballarına təsir edəcək" - DİM sədrindən MÜHÜM AÇIQLAMA 

Bu il abituriyentlərin nəticələrinin yüksək olması və açılan iki yeni universitetə qəbul keçid ballarına təsir edəcək.    Sfera.az xəbər verir k...