Magistratura imtahanına gedənlərin DİQQƏTİNƏ! - "Xarici dil üzrə, əsasən..."

Magistratura imtahanına gedənlərin DİQQƏTİNƏ! -

Magistratura imtahanının II cəhdinin keçirilməsinə sayılı günlər qalıb. Bu imtahana hazırlaşan tələbələrin çoxu Məntiq və İnformatika fənlərindən test işləməyə üstünlük verirlər.

 

Bəs bu az müddətdə xarici dil üzrə necə hazırlaşmaq lazımdır?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan İngilis dili müəllimi Aysel Əmirova bildirib ki, imtahana az vaxt qaldığı üçün, əsasən, praktiki tapşırıqlara üstünlük vermək lazımdır.

 

"“Listening” və “reading” tapşırıqları tələbələrə müəyyən qədər çətin gəlir. Məhz bu baxımdan bu tapşırıqlara daha çox zaman ayrılmalıdır”.

 

Aysel Əmirova qeyd edib ki, söz bazasının çox olması tələbələrin ən böyük avantajıdır.

 

“Çünki verilən mətnlərin məzmununu tərcümə edərək rahatlıqla işləmək mümkündür. Qrammatika da mütləq şəkildə təkrar olunmalıdır. Hər bir tələbənin öyrənmək metodları fərqlidir. Əsas məsələ daha effektli olan hazırlaşma variantı tapmaq və ciddi şəkildə ona əməl etməkdir”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR