Dövlət Proqramı məzunları ilə görüş və ilk Karyera Sərgisi keçirildi - FOTOLAR

Dövlət Proqramı məzunları ilə görüş və ilk Karyera Sərgisi keçirildi - FOTOLAR

Bu gün Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupu tərəfindən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” məzunları ilə görüş və ilk Karyera Sərgisi keçirilib.

 

Sfera.az xəbər verir ki, sözügedən tədbir təhsillərini uğurla başa vurmuş məzunların tanıdılması, onların məşğulluğunun təmin edilməsi, xaricdə təhsil almış savadlı gənclərin ixtisasyönümlü karyera perspektivlərinin dəstəklənməsi, ölkənin kadr potensialının gücləndirilməsi məqsədi daşıyıb. 


 
Tədbirin birinci hissəsi elm və təhsil nazirinin müavini Həsən Həsənlinin nitqi ilə açıq elan olunub.

 

O bildirib ki, azərbaycanlı tələbələrin prestiji xarici ölkələrdə artıb. Artıq xarici universitetlər daha tez qəbula imkan yaradırlar. 

 

Daha sonra Dövlət Neft Fondunun icraçı direktorunun müavini Rövşən Cavadov deyib ki, Neft Fondu tərəfindən 2007-ci ildən təhsillə bağlı keçirilən 3 layihəyə 300 milyon dollar sərmayə qoyulub:


 
"İllər ərzində bir çox layihəyə maliyyə dəstəyi vermişik. Son dövrdə isə maliyyələşdirdiyimiz 2 layihə var və hər ikisi təhsillə bağlıdır".


 
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə isə bildirib ki, ADA Universiteti Gəncədə və Şəkidə filiallar açacaq:

 

“Təbii ki, gənc kadrları işə götürmək marağımızdadır. Əlbəttə, bəziləri düşünür ki, niyə kimsə xaricdə təhsil alıb, hansısa ucqar rayonda işləsin. Qarabağı azad etdikdən sonra əsas missiyamız inkişafdır və bu da təhsildən gəlir. Təhsil çox vacib sahədir. Çoxlu yeniliklər var, lakin gənc kadrlar bizə lazımdır. ADA Universiteti olaraq hər zaman qapımız sizə açıqdır”.


Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalovanın hesabat çıxışında bildirib ki, Xaricdə Təhsil üzrə Dövlət Proqramının məzunlarından 66 nəfər Azərbaycanda işləyir:


 
"Onlardan 31-i dövlət, 31-i özəl, 4-ü bank sektorunda çalışır. Hazırda iş axtarışında olan məzun sayı isə 43 nəfərdir".


 
Həmçinin tədbirdə məzunlar üçün “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) qaydaları”, “Dövlət Proqramı məzunlarının Dövlət Qulluğuna müraciət etmək qaydaları” və “Müasir dövrün dəyişən əmək bazarında xaricdə təhsilin rolu Əmək bazarına çıxış üçün nə tələb olunur” mövzularında maarifləndirici çıxışlar baş tutub.


 
Daha sonra isə Dövlət Proqramı məzunları üçün ölkənin 30-a yaxın nüfuzlu dövlət və özəl sektorlarını təmsil edən qurumların iştirak etdiyi karyera sərgisi təşkil olunub. Sərgidə məzunlarla müxtəlif qurumlar tərəfindən vakansiyalar paylaşılıb.


 
Qeyd edək ki, Dövlət Proqramı Prezident İlham Əliyevin 28 fevral 2022-ci il tarixli, 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir. Dövlət Proqramının icrası müddətində hər il 400 nəfərədək, ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin edilir. Proqram çərçivəsində təhsil alan proqram iştirakçıları təhsillərini bitirdikdən sonra müvafiq qaydaların tələblərinə uyğun olaraq geri qayıdaraq 5 illik əmək fəaliyyəti ilə məşğul olmalı və ölkənin sosial-iqtisadı inkişafına töhfə verməlidirlər.


 
Firuzə Əliyeva

 

Fotolar: Anar Bayramlı

 


 


OXŞAR XƏBƏRLƏR

Hindistan Pakistana hücum etdi

Hindistan Pakistana hücum edib.   Sfera.az xəbər verir ki, Bahvalpur, Kotli və Müzəffərabad şəhərlərinə raket zərbələri endirilib.   Bir s...

Bakının bu ərazilərində evlər kəskin bahalaşacaq - QİYMƏTLƏR

Bakı şəhərinin mənzil bazarında son 3 ildə qiymətlərin 2 dəfə, hətta daha çox artdığı deyilir. Bildirilir ki, 2022-ci ilin mart-aprel ayında paytaxtın mərkəzi r...

Bu ərazilərdə bir neçə saat işıq olmayacaq

Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 10 kV-luq hava xəttinin yeni Özünüdaşıyan İzolyasiyalı Naqillə (ÖİN) əvəz olunmasına görə m...

İstanbulda reyd zamanı 1005 nəfər saxlanıldı

İstanbulda son iki gündə polis tərəfindən ümumi reyd keçirilib.   Sfera.az xəbər verir ki, reyd zamanı ümumilikdə 329 min 409 şəxs haqqında qısa araş...

İsrail Qəzzada HƏMAS-ın komanda-idarəetmə mərkəzinə zərbə endirib

İsrail Ordusu Qəzza zolağının mərkəzində HƏMAS radikal hərəkatının komanda-nəzarət mərkəzinə zərbə endirib.   Sfera.az xəbər verir ki, bu barədə İsra...

Hacıqabulda üç kənd təhlükədə: yaşayış evlərini sel suları basdı

Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.   Sfera.az "Report"a istinadla xəbər verir ki, hazırda rayonda yağan güclü yağ...