"Neft Fondu təhsillə bağlı 3 layihəyə 300 milyon dollar sərmayə qoyub" - Rövşən Cavadov

Təhsil
10:35 / 02.04.2024
3134
"Neft Fondu tərəfindən 2007-ci ildən təhsillə bağlı keçirilən 3 layihəyə 300 milyon dollar sərmayə qoyulub".
Sfera.az xəbər verir ki, bunu bu gün ADA Universitetində keçirilən Dövlət Proqramı məzunları ilə görüşdə Dövlət Neft Fondunun icraçı direktorunun müavini Rövşən Cavadov deyib.
"İllər ərzində bir çox layihəyə maliyyə dəstəyi vermişik. Son dövrdə isə maliyyələşdirdiyimiz 2 layihə var və hər ikisi təhsillə bağlıdır. Proqram məzunlarını təbrik edirəm. Bu gün Dövlət Proqramının məzunları bir çox dövlət və özəl sektorlarda çalışırlar. Sizin də gələcəkdə uğur əldə edəcəyinizə inanıram".
Firuzə Əliyeva
Foto:Anar Bayramlı