17 martda keçirilmiş buraxılış imtahanının nəticələri nə vaxt elan olunacaq? - RƏSMİ AÇIQLAMA

11:41 / 18.03.2024
4366
2024-cü il martın 17-də keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanın nəticələrinin elan olunacağı tarix açıqlanıb.
Bu barədə Sfera.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
“İmtahanda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur”,-məlumatda bildirilib.
Qeyd edək ki, imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları ilə buradan tanış ola bilərsiniz.
Firuzə Əliyeva