“Azərbaycan müəllimi” qəzeti rebrendinq müsabiqəsi elan edir - VİDEO

“Azərbaycan müəllimi” qəzeti rebrendinq müsabiqəsi elan edir - VİDEO

Elm və Təhsil Nazirliyinin mətbuat orqanı olan və 1934-cü ildən fəaliyyət göstərən “Azərbaycan müəllimi” qəzeti ölkəmizdəki ən önəmli təhsil carçısıdır.

 

Sfera.az xəbər verir ki, 2024-cü ildə 90 illik yubileyini qeyd edəcək bu qədim tarixə malik qəzetin müasir dövrün tələblərinə uyğunlaşdırılması məqsədilə rebrendinq müsabiqəsinə start verilib.

 

Müsabiqədə iştirak etmək istəyənlər “Azərbaycan müəllimi” qəzetinin yeni loqosu və internet saytının əsas səhifəsinin dizaynı ilə bağlı təkliflərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

 

Müraciət üçün son tarix 10 aprel 2024-cü ildir.

 

Namizədlər müsabiqədə fərdi və yaxud ikinəfərlik qrup olaraq iştirak edə bilərlər. Birinci yeri qazanan şəxs və ya komanda qəzetin 90 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirdə iştirak edəcək və təşəkkürnamə ilə təltif olunacaq. Qalibə həm də 1500 AZN dəyərində pul mükafatı təqdim ediləcək.

 

Ətraflı məlumatlı "Azərbaycan müəllimi" qəzetinin instagram səhifəsinə @muallim.edu.az keçid etməklə əldə edə bilərsiniz.     

 


OXŞAR XƏBƏRLƏR