“Məktəbli könüllü” proqramının açılış mərasimi keçirildi - FOTOLAR 

“Məktəbli könüllü” proqramının açılış mərasimi keçirildi - FOTOLAR
Kateqoriya məlum deyil
T

Bu gün “Məktəbli könüllü” proqramının rəsmi açılış mərasimi keçirilib.

 

Sfera.az bildirir ki, tədbir 132-134 nömrəli Təhsil Kompleksində baş tutub. Tədbirdə Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin sədr müavini Orxan Abbasov, “Bir Könüllü” Tələbə Təşkilatının rəhbəri Leyla Zeynalova, Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova çıxış edib.

 

Tədbirdə proqramın məqsəd və vəzifələri, eyni zamanda növbəti yarım il üzrə fəaliyyət planı ictimaiyyətə təqdim olunub.

 

“Məktəbli könüllü” proqramı “Bir Könüllü” Tələbə Təşkilatının təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi, ictimai fəal və sosial məsuliyyətli məktəbli profilinin formalaşdırılması məqsədi ilə ümumi təhsil müəssisələrinin 8, 9, 10, 11-ci sinif şagirdlərinin ölkədə ilk dəfə sistemli şəkildə könüllü fəaliyyətə cəlb olunmasını həyata keçirən xüsusi bir proqramdır. İlkin mərhələdə pilot şəkildə yalnız Bakı, Xırdalan və Sumqayıt məktəblərini əhatə edir. Növbəti illərdə region məktəblərinin də prosesə cəlb olunması nəzərdə tutulub.

 

Bu günə qədər proqrama ümumilikdə 1000-dən çox müraciət daxil olub. Qeydiyyat prosesini uğurla tamamlayan 750 şagird müsahibəyə dəvət edilib ki, onlardan artıq 350 nəfəri proqram üzvlüyü haqqı qazanıblar.

 

Qeyd edək ki, müraciət prosesi aprel ayının 1-dən etibarən yenidən açıq elan olunacaq.

 

Günay

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Gallery image 9
Gallery image 10
Gallery image 11
Gallery image 12
Gallery image 13
Gallery image 14
Gallery image 15
Gallery image 16
Gallery image 17
Gallery image 18
Gallery image 19
Gallery image 20
Gallery image 21
Gallery image 22
Gallery image 23
Gallery image 24
Gallery image 25
Gallery image 26
Gallery image 27
Gallery image 28
Gallery image 29
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
Thumbnail 9
Thumbnail 10
Thumbnail 11
Thumbnail 12
Thumbnail 13
Thumbnail 14
Thumbnail 15
Thumbnail 16
Thumbnail 17
Thumbnail 18
Thumbnail 19
Thumbnail 20
Thumbnail 21
Thumbnail 22
Thumbnail 23
Thumbnail 24
Thumbnail 25
Thumbnail 26
Thumbnail 27
Thumbnail 28
Thumbnail 29
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR