Peşə təhsili alan 73 yaşlı tələbə 

Peşə təhsili alan 73 yaşlı tələbə 

Qəbələdə səfərdə olan elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində peşə təhsili alan 73 yaşlı Musa Mahmudovla görüşüb.  


Bu barədə Sfera.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.


Məlumata görə, 73 yaşlı Musa Mahmudov "Arıçılıq" ixtisası üzrə təhsil alır. 


Özu “Ana arı” yetişdirir. Onlardan arıların artırılmasında istifadə edir.


Peşə təhsilinin ən yaşlı tələbəsi olan Musa Mahmudov 1951-ci ildə Qəbələnin Vəndam kəndində doğulub. Musa Mahmudov 2004-cü ildən arıçılıqla məşğuldur. Əvvəllər arılarını Mingəçevirdə saxlayar və ətraf bölgələrə aparardı, son 11 ildir ki, arılara Vəndamda baxır və hazırda 60 arı ailəsi var. 


Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində arıçılıq ixtisasının açılmasına ən çox sevinənlərdən biri Musa Mahmudov olub. Çünki, o, arıçılığı praktik bacarsa da, onun digər sirlərini zəif bilib. Ona görə də bu yaşında tələbə olmaq arzusunu reallaşdırıb.Hazırda qrupun ən fəal tələbələrindən biridir. Yaşı 70-i keçsə də, təhsil almaq, bilik və bacarıqlarını artırmaq yolunda yorulmadığını bildirib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var...

Niyə vəhşi heyvanlar safari maşınlarına hücum etmir?

Safari zamanı açıq nəqliyyat vasitəsi ilə yırtıcılara bu qədər yaxınlaşmaq ilk baxışdan çox təhlükəli görünə bilər. Ancaq əslində vəhşi təbiətdə belə turlar təə...

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.   Sfera.az xatırladır ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən ...

Bu qız “Dünya gözəli” seçildi

Tailandlı Suçata Çuanqsri "Miss World" gözəllik müsabiqəsinin qalibi olub. Sfera.az xəbər verir ki, müsabiqənin final mərhələsi Hindistanın ...

Bu sürücülər cərimələndi - VİDEO

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə Göyçay Rayon Poli...

Fidan münaqişəyə son qoymaq üçün avropalı nazirlərə zəng etdi

Türkiyə və Böyük Britaniyanın xarici işlər nazirləri Hakan Fidan və Jan-Noel Barrot Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün atılan addımları müzakirə ediblə...