“Aşağı siniflərdə rus bölməsi üzrə şagird sıxlığı yaşanır” - RƏSMİ

Kateqoriya məlum deyil
T
"Ümumi təhsil müəssisələrində aşağı siniflərdə rus bölməsi üzrə şagird sıxlığı yaşanır".
Sfera.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov martın 6-da keçirilən brifinqdə deyib.
O bildirib ki, rus bölməsi üzrə müəllim vəzifəsi üçün elan edilən vakant yerlərə qəbul barədə az müraciət daxil olur:
"Ümumilikdə 1 milyon 600 min şagird rus bölməsində təhsil alır. Bu bölmədə pedaqoji fəaliyyətlə məşğul olmaq istəyən insanların sayı azdır. Vətəndaşlarımızın hər zaman ana dilində tədris almaq hüququ var”
Firuzə Əliyeva






