"Kod saatı: rəqəmsal gələcəyə addım 2023" müsabiqəsinin qalibləri mükafatlandırıldılar - FOTOLAR

Martın 4-də "Kod saatı" qlobal hərəkatı çərçivəsində "Kod saatı: rəqəmsal gələcəyə addım 2023" müsabiqəsinin qalibləri mükafatlandırılıblar. 

 

Sfera.az xəbər verir ki, müsabiqə Elm və Təhsil Nazirliyi ilə "Alqoritmika" beynəlxalq riyaziyyat və proqramlaşdırma məktəbi tərəfindən V-IX sinif şagirdləri üçün təşkil edilib.

 

Tədbir Dövlət Himninin səsləndirilməsi və vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Daha sonra "Kodlaşdırma üzrə açıq qapı günləri" və "Rəqəmsal gələcəyə addım" müsabiqələri ilə bağlı hesabat xarakterli videoçarx nümayiş etdirilib.

 

Tədbirdə çıxış edənlər müsabiqənin əhəmiyyətindən danışıb, informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə gənclərin rəqəmsal bacarıqlara yiyələnməsinin vacib olduğunu vurğulayıblar. Bildirilib ki, 2023-2024-cü tədris ilində həyata keçirilən "Kod saatı: rəqəmsal gələcəyə addım 2023" müsabiqəsinə 5-9-cu siniflər üzrə 28 157 şagird qoşulub. Il mərhələyə keçən 4 min şagirddən 132 nəfəri finala vəsiqə qazanıb. Onlardan 62 nəfəri Bakı şəhərində, 70 nəfəri isə digər rayon və şəhərlərdə yerləşən məktəblərin şagirdidir.

 

Sonda müsabiqə qaliblərinə mükafatlar təqdim olunub.

 

Belə ki, 128 min iştirakçı arasından V və VII siniflər üzrə birinci yerə Bakı və Avropa liseyi, Bakı 23 nömrəli, Sumqayıt 5 və 11 nömrəli Texniki Humanitar liseyi və Ucar 2 nömrəli məktəbin şagirdlərindən ibarət 15 nömrəli komanda layiq görülüb.

 

VIII və IX siniflər üzrə I yerə Gəncə Fizika Riyaziyyat və İnformatika liseyi, Bakı Türk Anadolu liseyi, Sumqayıt 35 nömrəli və Ucar 2 nömrəli məktəblərinin şagirdlərindən ibarət 2 nömrəli komanda layiq görülüb.

 

III yerə ağıllı saat, II yerə planşet I yerə layiq görülənlərə isə notbuk və sertifikat təqdim edilib.

 

Qeyd edək ki, respublika üzrə proqramlaşdırma müsabiqəsinin keçirilməsində məqsəd məktəblilər arasında kompüter elmlərini, proqramlaşdırmanı təbliğ etmək və gənc nəslin bu sahəyə marağını artırmaqdır.

 


Firuzə Əliyeva

Fotolar: Anar Bayramlı

 


OXŞAR XƏBƏRLƏR

lham Əliyev Albaniyada işgüzar səfərdədir

Azərbaycan Prezidenti İlham Əliyev Albaniyanın Baş naziri Edi Ramanın və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi B...

Zelenski və Ərdoğan sabah Avropa liderləri ilə Albaniyada görüşəcək

Ukrayna prezidenti Volodimir Zelenski sabah Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Albaniyanın paytaxtı Tiranada keçiriləcək Avropa Siyasi Birliyini...

Kürdə suyun səviyyəsi son 15 ildə ilk dəfə artdı

2010-cu ildə baş verən daşqınları çıxmaq şərti ilə, yaxın 15 ildə Kürdə suyun qalxması nəticəsində çay öz məcrasından çıxmayıb. Son illərdə ilk dəfədir ki, bu i...

Mövsümün ən yaxşı baş məşqçisi kim olacaq?

İngiltərə Premyer Liqası 2024/25 mövsümünün ən yaxşı baş məşqçisi adına namizədlərin siyahısını açıqlayıb.   Sfera.az xəbər verir ki, bu barədə turni...

Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı

Ötən ilin oktyabrından Bakıda itkin düşmüş şəxs kimi axtarılan şəxs tapılıb.   DİN-in Mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, itkin kimi axtarı...

Bu bürclər pulu maqnit kimi özünə çəkəcək - YAXIN GÜNLƏRDƏ!

Ulduzlar bəzi bürclərin həyatında maliyyə baxımından uğurlu günlərin yaxınlaşdığını xəbər verir.   5 bürc yaxın günlərdə bolluq və rifahla qarşılaşa ...