Doktorantura və rezidenturaya qəbul imtahanlarının tarixlərində DƏYİŞİKLİK EDİLDİ

Doktorantura və rezidenturaya qəbul imtahanlarının tarixlərində DƏYİŞİKLİK EDİLDİ

Doktorantura və rezidenturaya qəbul imtahanlarının tarixlərində dəyişiklik edilib.

 

Dövlət İmtahan Mərkəzindən Sfera.az-a verilən xəbərə görə, dəyişikliyə əsasən, doktoranturaya qəbul olmaq istəyən namizədlər və doktoranturada təhsil alan iddiaçılar üçün xarici dil imtahanı 9 iyun tarixində keçiriləcək. Buna müvafiq olaraq, əcnəbilər üçün Azərbaycan dili imtahanı 10 iyun, danışıq bloku imtahanı isə 11-14 iyun tarixlərində təşkil olunacaq.

 

Rezidentura səviyyəsinə qəbul imtahanının birinci mərhələsinin ikinci cəhdi 23 iyunda keçiriləcək.

 

2024-cü ildə keçiriləcək imtahanların qrafiki ilə tam şəkildə buradan tanış olmaq mümkündür. İştirakçıların nəzərinə çatdırırıq ki, imtahan və tədbirlərin qrafikində hər hansı dəyişiklik olarsa, bununla bağlı əvvəlcədən ictimaiyyətə məlumat təqdim olunur.


OXŞAR XƏBƏRLƏR