Bu universitetlərdə distant təhsil ALA BİLƏRSİNİZ - Abituriyentlərin DİQQƏTİNƏ!

“Ali məktəblərə builki tələbə qəbulunda 2 yenilik gözlənilir”.
Sfera.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
O.Gündüzün sözlərinə görə, bunlardan biri Azərbaycan-Türkiyə Universitetinə qəbulun aparılmasıdır:
“Abituriyentlərin seçim edə biləcəyi ali təhsil müəssisələrinin siyahısında Azərbaycan-Türkiyə Universiteti də olacaq. Universitetdə əsasən texnoloji ixtisasların tədris ediləcəyi açıqlanıb. Bu universitetin hansı ali təhsil müəssisəsinin bazasında yerləşəcəyi, yoxsa ayrıca infrastruktura malik olacağı haqqında hələlik rəsmi açıqlama yoxdur”.
AİF prezidenti bildirib ki, bu il distant təhsil üçün də plan yerləri ayrıla bilər:
“Cari ilin qəbul planında, bəzi universitetlər üzrə əyani və qiyabi ilə yanaşı distant formada təhsil üçün plan yerlərinin də ayrılacağı gözlənilir. Hələlik isə qanunvericilikdə bu təhsil forması nəzərdə tutulsa da, distant formada təhsilin təşkili qaydalarını hökumət təsdiqləməyib. Bu il UNEC və Qarabağ Universiteti üçün bəzi ixtisaslar üzrə distant təhsil formasında plan yerləri ayrıla bilər”.
Firuzə Əliyeva