“Türkiyə-Azərbaycan Universitetinin yaradılması rəqabət mühitini formalaşdıracaq” - Ekspert 

“Türkiyə-Azərbaycan Universitetinin yaradılması rəqabət mühitini formalaşdıracaq” - Ekspert 

Türkiyə-Azərbaycan Universiteti yaradılır. Bununla bağlı Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Türkiyənin Ali Təhsil Şurası arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar imzalayıblar.

 

Bəs Türkiyə-Azərbaycan Universitetinin yaradılmasının nə kimi perspektivləri olacaq?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycan-Türkiyə təhsil əlaqələri hər il yüksələn xətt üzrə artır. Onun sözlərinə görə, Azərbaycan hələ sovet dönəmi zamanından Türkiyə ilə ali təhsil sahəsində əlaqələr yaratmağa başlayıb:

 

“Lakin bu əlaqələr mövcud dövrün siyasi tələblərinə uyğun aparılmayıb. Şübhəsiz ki, bu da iki qardaş xalqın milli maraqlarının təminedilməsi istiqamətində çox mənfi hal olub. Amma müstəqillik bərpa olunduqdan sonra Azərbaycan Türkiyə ilə təhsil sahəsində əməkdaşlığa daha böyük önəm verib. 1992-ci ilin 16-23 may tarixində Ankarada türk dövlətlərinin təhsil toplantısı keçirilib və bu yığıncaqda təhsil sahəsindəki əməkdaşlıqdan, onun qarşısında duran problemlərdən bəhs edilib. Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün sonrakı illərdə də siyasi və hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində xeyli tədbirlər həyata keçirilib. Bir məqamı qeyd edim ki, Türkiyənin Qazaxıstan və digər bir neçə ölkə ilə birgə universiteti fəaliyyət göstərir. Bütün sahələrdə Azərbaycanla qardaşlıq münasibətində olan dost ölkənin Azərbaycanla da ortaq ali təhsil müəssisəsinin yaradılması çox mühüm hadisədir. Qeyd edim ki, hazırda Türkiyədə 35 min azərbaycanlı gənc ali təhsil alır. Digər tərəfdən isə Türkiyə universitetlərinin əksəriyyəti dünya reytinqində öncül yerlərdədir və məzunları müasir standartlara, əmək bazarının tələblərinə tam şəkildə uyğun gəlir”.

 

Ekspert qeyd edib ki, ona görə də onların təcrübəsindən yararlanmağa böyük ehtiyac var.

 

“Mövcud qanunvericiliyə görə Azərbaycan və Türkiyə birgə universitet yarada bilər. Belə bir ali məktəbin yaradılması üçün iki ölkə arasında təhsil müqavilələri var, hətta bəyənnamə də imzalanıb. İnanıram ki, Azərbaycan-Türkiyə birgə ali məktəbin yaradılmasına dair bütün proses bu il başa çatacaq. Xarici ölkə universitetlərinin olması ölkədə ali təhsil müəssisələri arasında rəqabət mühitini də formalaşdıra bilər. Eyni zamanda xarici ölkə təcrübəsinin ölkəmizə gəlməsinə şərait yaradacaq. Digər tərəfdən Türkiyə universitetlərinin, özəl məktəblərinin əksəriyyəti dünya reytinqində öncül yerlərdədir. Məzunları müasir standartlara, əmək bazarının tələblərinə tam şəkildə uyğundur. Ona görə də onların təcrübəsindən yararlanmağa böyük ehtiyac var”. Türkiyə-Azərbaycan birgə Universiteti Azərbaycan Universitetləri arasında rəqabət mühitinin yaxşılaşdırılmasına təkan verəcək”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

TƏBİB xəstələr üçün yeni təxliyə planı hazırladı

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun sədrliyi ilə tabeli tibb müəssisələrinin direktorlarının və digər rəhbər şəxslərin, eləcə də TƏBİB-in müavin, müşavir...

PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabr ayı üçün qəbul CƏDVƏLİ

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin oktyabr ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb. &n...

Azad olunan ərazilərə səfər üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm...

Sabah bu rayonun yaşayış məntəqələrində qaz olmayacaq

Biləsuvar rayonunun 5 yaşayış məntəqəsində qaz kəsiləcək.   Sfera.az-ın məlumatına görə, rayon ərazisində yerləşən “Biləsuvar” qaz paylay...

Departament rəhbəri işdən çıxarıldı

Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Kvalifikasiyaların tanınması departamentinin direktoru işdən çıxarılıb.   Sf...

İtaliya vətəndaşlarını Livanı tərk etməyə ÇAĞIRDI

İtaliya Respublikasının baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani italiyalıları Livanı tərk etməyə çağırıb.   ...