"Təhsil mərkəzləri ilə iş görərkən diqqətli olun!" - XƏBƏRDARLIQ!

"Vətəndaşlar onlara hansısa vədlər verən təhsil mərkəzləri ilə iş görərkən diqqətli olmalıdır".

 

Sfera.az xəbər verir ki, bunu bu gün Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədrinin media nümayəndələri ilə 2023-cü il üzrə hesabat görüşündə TKTA-nın darə Heyətinin sədri Tural Əhmədov jurnalistlərin suallarını cavablandırarkən deyib.

 

"Onlar sahibkar kimi fəaliyyət göstərmək üçün VÖEN əldə edirlər. Elm və Təhsil Nazirliyi və müvafiq qurumlar yanlız fəaliyyəti formal təhsilə münasibətdə həyata keçirilən mərkəzlərin lisenziyalaşdırılmasında iştirak edirlər. 

 

Sözügedən mərkəzlər fəaliyyət göstərə bilərlər, lakin bu, məhdud olmalıdır ki, vətəndaşlara sadəcə konsultativ xidmət göstərsin. Valideynlərə müəyyən mövzularda məlumat verə bilərlər. Amma həmin mərkəzlərin funksionallığı vətəndaşları aldatmaqdan ibarət olmamalıdır. Vətəndaşlar müqavilə imzalayarkən diqqət etməlidir. Mərkəzlər qəbuldan sonrakı mərhələ üçün də müəyyən vədlər verir - yataqxana ilə təmin olunacağını və s. Agentliyin o fəaliyyətə müdaxiləsinə nə qanunvericilik icazə verir, nə də bu, arzuolunandır. Bu məsələdə vətəndaşlar ehtiyatlı olmalıdır".

 


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR