"Universitet seçərkən bu nüanslara diqqət etmək lazımdır" - Agentlik sədri

"Vətəndaşlar təhsil almaq üçün universitet seçərkən bəzi nüanslara diqqət etməlidir".
Sfera.az xəbər verir ki, bunu bu gün Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədrinin media nümayəndələri ilə 2023-cü il üzrə hesabat görüşündə TKTA-nın darə Heyətinin sədri Tural Əhmədov jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Əvvəllər dövlət yoxsa özəl univetsitetdə təhsilin daha yaxşı olduğu müzakirə olunurdu. 10 il əvvələ qədər yerli və xarici universitetlərin müqayisəsi aparılırdı. Bu gün isə o nüanslar məhdudlaşıb. Xaricdə təhsil almaq kifayət qədər əlçatanlaşıb.
Lakin xaricdə təhsil alan şəxsə hansısa üstünlük tanınmır. Bu, əmək bazarının təyin etdiyi qərardır. İşəgötürən vətəndaşı müsahibəyə dəvət edir, testdən keçirir daha sonra ona iş verilib-verilməyəcəyini qərara alır. Buna görə də vətəndaşlar seçim edərkən universitetin və ixtisasın ona nə vəd etdiyini, ölkəyə qayıdandan sonra əmək bazarında özünə yer tapa bilib-bilməyəcəyini götür-qoy etməlidir".
Firuzə Əliyeva