Xarici ölkədəki təhsilini yarımçıq qoyanların NƏZƏRİNƏ!

Təhsil
13:09 / 20.02.2024
8898
"Vətəndaş hansısa səbəbdən xarici ölkədəki təhsilini yarımçıq qoyubsa, yerli ali təhsil müəssisələrində tamamlaya biləcək".
Sfera.az xəbər verir ki, bunu bu gün Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədrinin media nümayəndələri ilə 2023-cü il üzrə hesabat görüşündə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Ali təhsil müəssisəsi sizin əvvəlki illərdə əldə etdiyiniz kreditlərin tanınmasını həyata keçirirsə, yeni qaydalara əsasən, yerli ali təhsil müəssisəsində çatmayan kreditləri tamamlaya biləcək. Bu, kredit transferi prosesi sayəsində baş tutacaq. Sonra onlar diplomların tanınması üçün müraciət edə biləcəklər".
Firuzə Əliyeva