Agentlik sədrindən vətəndaşlara ÇAĞIRIŞ: "Özünüz müraciət edin"

"Vətəndaşlar rəqəmsal bacarıqlar ilə diplomlarının tanınması üçün özləri müraciət etsin. Hansısa şirkətlər tərəfindən edildikdə biz onun fəsadlarını görürük".
Sfera.az xəbər verir ki, bunu bu gün Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədrinin media nümayəndələri ilə 2023-cü il üzrə hesabat görüşündə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov deyib.
"Diplomların tanınması prosesi kifayət qədər sadədir. Vətəndaşlarımıza müraciət edirik ki, bu prosesdə özləri iştirak etsin. Hansısa sual yaranarsa, agentliyin saytında yerləşdirilmiş "tez-tez verilən suallar" bölməsinə baxa bilərlər. Suallarına cavab tapa bilməsələr, bizimlə əlaqə saxlaya bilərlər. Bəzi hallarda sosial mediada agentlik tərəfindən yanlış məlumatlar yayılır. Vətəndaşlarımıza müraciət edirik ki, yanlız agentlik tərəfindən təqdim olunan məlumatları etibarlı saysınlar".
Firuzə Əliyeva