Ötən il 8 yeni peşə ixtisası üzrə qiymətləndirilmə və tanınma hayata keçirilib

Ötən il 8 yeni peşə ixtisası üzrə qiymətləndirilmə və tanınma hayata keçirilib
Kateqoriya məlum deyil
T

"2023-cü il ərzində 8 yeni peşə ixtisası üzrə qiymətləndirilmə və tanınma hayata keçirilib".


Sfera.az xəbər verir ki, bunu bu gün Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədrinin media nümayəndələri ilə 2023-cü il üzrə hesabat görüşündə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov deyib.


Bunlar mənzil təsərrüfat xidməti üzrə mütəxəssis, bitkiçilik mütəxəssisi, əməliyyatçı mühasib, dərzi, dayə, zərgərlik, bağban dekorator, bərbər-vizajist- manikürçü ixtisaslarıdır.


Qeyd edilib ki, ümumilikdə qiymətləndirilmə və tanınma nəticəsində 10 peşə ixtisası üzrə 171 nəfər vətəndaşa 330 ədəd peşə ixtisasını təsdiq edən sənəd təqdim edilib.

 

Firuzə Əliyeva

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR