"17 ali təhsil müəssisəsi ilə təlim xidmətlərinə dair müqavilə imzalanıb" - TKTA
Təhsil
11:52 / 20.02.2024
7453
"2023-cü il ərzində 17 ali təhsil müəssisəsi ilə təlim xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq müqavilələri imzalanıb".
Sfera.az xəbər verir ki, bunu bu gün Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədrinin media nümayəndələri ilə 2023-cü il üzrə hesabat görüşündə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov deyib.
"10 ali təhsil müəssisəsində xarici keyfiyyət təminatı və institusional akkreditasiya üzrə, 5 ali təhsil müəssisəsində daxili keyfiyyət təminatına dair, 2 ali təhsil müəssisəsində isə akademik məsləhətçilərin sertifikatlaşması barədə təlimlər təşkil edilib", - T.Əhmədov qeyd edib.
Firuzə Əliyeva