Şagird və tələbələrdən bu halda sağlamlıq haqqında arayış TƏLƏB OLUNACAQ - DİQQƏT!

Şagird və tələbələrdən bu halda sağlamlıq haqqında arayış TƏLƏB OLUNACAQ - DİQQƏT!

Son günlər orta məktəbdə, kollec və universitetlərdə şagird və tələbələrdən sağlamlıq haqqında arayışın tələb olunması ilə bağlı redaksiyamıza müraciətlər daxil olur. Hətta sağlamlıq haqqında arayışı təqdim etməyən şagirdlərin buraxılış imtahana buraxılmayacağı deyilir.

 

Şagird və tələbələrdən sağlamlıq haqqında arayış tələb oluna bilərmi?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, bu istək və tələbin heç bir hüquqi əsası yoxdur:

 

“Şagirddən, tələbədən ildə bir dəfə sağlamlıq haqqında arayışı tələb etmək olmaz. Çünki heç bir normativ hüquqi aktlarda belə bir hal nəzərdə tutulmur. Təhsil müəssisələrinin mütəmadi olaraq təhsil alanlardan sağlamlıq haqqında arayışı tələb etmək hüququ yoxdur və bu mövcud qanunvericikdə nəzərdə tutulmur”.

 

Ekspert qeyd edib ki, yanlız bu hallarda tibbi arayış tələb edilə bilər:

 

“Qüvvədə olan qanunvericilik aktlarına görə şagird ancaq 1-ci sinifə gedəndə, tələbə 1-ci kursa daxil olanda, işçi ilk dəfə işə qəbul olunanda sağlamlıq haqqında arayışı təqdim etməlidir. Yəni bu o deməkdir ki, həmən şəxs sağlamdır.Buraxılış imtahanında isə Dövlət İmtahan Mərkəzi pandemiya dövründə yoluxma ilə bağlı bəyənnamə təqdim edirdi, onu da imtahan iştirakçısı imzalayırdı ki, bütün məsuliyyəti özü daşıyır.Təhsil müəssisələri şagird, tələbə dərsdə iştirak etməyəndə ondan mövcud vəziyyəti təsdiq edən xəstəlik haqqında arayış tələb edə bilər. Lakin universitet və kolleclər o xəstəlik haqqında arayışı üzürlü hal hesab edib sizin qaiblərinizi ləğv etmir. Yəni siz xəstəlik haqqında arayış təqdim edib qaibdən azad olmursunuz”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərə xəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...