Magistratura imtahanından eyni bal toplayan bakalavrlardan hansına üstünlük veriləcək? – RƏSMİ AÇIQLAMA

Magistratura imtahanından eyni bal toplayan bakalavrlardan hansına üstünlük veriləcək? – RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi, 11 fevral 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib. Bir çox bakalavrı narahat edən mövzulardan biri digər imtahan iştirakçıları ilə eyni balı toplamasıdır.

 

Bəs magistratura imtahanından eyni bal toplayan bakalavrlardan hansına üstünlük verilir?

 

Mövzu ilə bağlı Sfera.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, magistraturaya qəbul müsabiqəsi zamanı imtahan balı eyni olan iki və daha çox bakalavrı bir-birindən fərqləndirmək üçün aşağıda göstərilən ardıcıllıqla əlavə gıstəricilərdən istifadə olunur:

 

-ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG);


-ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü) yoxlayan testdən toplanılan bal;


-xarici dil üzrə testdən toplanılan bal.

 

Məlumatda qeyd olunub ki, ümumi orta müvəffəqiyyət göstəricisini elektron ərizələrində qeyd etməyən bakalavrların müvafiq göstəricisi sistemə minimal bal kimi daxil edilir.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR