Magistratura imtahanında bu dəyişiklik olacaq? – DİM-dən AÇIQLAMA
17:28 / 08.02.2024
10256
Məlum olduğu kimi, Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (I cəhd) 11 fevral 2024-cü il tarixində keçiriləcək.
Magistratura imtahanında hansısa dəyişiklik olacaqmı?
Sfera.az-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin müdiri Natiq Əliyev bildirib ki, magistraturaya qəbul üzrə müsabiqə şərtlərində dəyişiklik edilməsi nəzərdə tutulmur:
“Əvvəlki illərdə olduğu kimi hər bir blok üzrə müəyyən bal məhdudiyyəti var. Bu il esse tapşırıqları birinci dəfə tətbiq olunacaq. Buna görə də bu il esse yazılarından toplanılan balda məhdudiyyət olmayacaq. Bütün imtahan iştirakçılarına uğurlar”.
Firuzə Əliyeva