Məktəblərdə çalışan gənc müəllimlərin sayı AÇIQLANDI - VİDEO

Məktəblərdə çalışan gənc müəllimlərin sayı AÇIQLANDI - VİDEO

Azərbaycanın fəaliyyət göstərən ümumi təhsil müəssiələrində müəllim kimi çalışan gənclərin sayı açıqlanıb.

 

Bu barədə Sfera.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən məlumat verilib.

 

Bildirilib ki, ölkəmizdə 20418 gənc müəllimimiz cəmiyyətimizə, xalqımıza və ölkəmizə layiqli vətəndaşlar hazırlayır.

 

“Təhsilin keyfiyyətinin artırılmasında gənc müəllimlərimizin də üzərinə böyük vəzifələr düşür. Onlar ən ucqar bölgələrimizdə belə maarifçilik missiyasını fədakarlıqla həyata keçirir, ölkəmizin sabahı naminə səylə çalışırlar”,- qurumdan bildirilib.

 

Qurumun 2 Fevral - Azərbaycan Gənclər Gününə görə hazırladığı videonu təqdim edirik:

 


OXŞAR XƏBƏRLƏR