"Bu dərslərə təcrübəsiz müəllimlər cəlb olunur" - Təhsil eksperti

Son zamanlar hazırlıq kurslarının qiymətləri olduqca yüksəlib. Bunu da əsasən dərsin keyfiyyəti və digər sahələrdəki qiymət artımı ilə əlaqələndirirlər.

 

Lakin bir sıra magistratura kursları var ki, 45-50 manata 3 fənni tədris edirlər.

 

Bəs bu kursların qiymətlərinin aşağı olması nə ilə əlaqəlidir?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul, universitetlərdə qazanılan biliklərin yox, kənar biliklərin yoxlanılması üçündür.

 

"Məhz bu baxımdan universitetin bakalvr pilləsini bitirən məzunlar magistraturaya qəbul olmaq üçün mütləq hazırlıq kurslarına müraciət etməlidirlər. Bunun başqa alternativi yoxdur. Hazırlıq kursları da onların kifayət qədər böyük vəsait itirməsinə səbəb olur".

 

Ekspert qeyd edib ki, aşağı qiymətə xidmətlər təklif edən kurslar o qədər də keyfiyyətli olmur.

 

"Bu kurslar əsasən təcrübəsiz müəllimləri dərslərə cəlb edirlər. Aşağı qiymətə təklif edilən dərslərin effektiv nəticələri olmur. Azərbaycanda orta statistik rəqəmlərə əsasən, bir fənnin hazırlıq qiyməti 40-50 manatdır".

 

Kamran Əsədov son olaraq əlavə edib ki, magistratura imtahanları çox çətindir. "Fərdi qaydada hazırlaşıb uğur əldə etmək imkansızdır".

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Məşhur “Kinder” şokoladları haqqında həqiqət yalnız 35 ildən sonra məlum oldu

1990-cı ildə italyan qənnadı Mikael Ferrero tərəfindən yaradılmış “Kinder Bueno” 60-dan çox ölkədə partlayış “hit”ə çevrilmişdir. Ancaq ...

Qayınatasını öldürmək istədi, özü öldü

Abşeron rayonunda kürəkənini qəsdən öldürməkdə təqsirləndirilən Tayır Tayırovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.   Sfera.az ...

Ərdoğan Zelenski ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu bar...

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.&nbs...

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb.   Sfera.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzr...

Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqli...