Magistraturaya sənəd verənlərin sayı AÇIQLANDI

Magistraturaya sənəd verənlərin sayı AÇIQLANDI

Magistraturaya sənəd qəbulu davam edir.

 

Sfera.az Dövlət İmtahan Mərkəzinin saytına istinadən xəbər verir ki, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu yanvarın 15-dən başlayıb və 29 yanvar saat 23:59-dək davam edəcək.

 

23 yanvar saat 10:20-yə olan məlumata əsasən 6360 bakalavr ərizəsini təsdiq edib (Azərbaycan bölməsi - 5769; rus bölməsi - 591).

 

Sənəd qəbulunda iştirak etmək istəyənlər (şəxsi kabineti olmayanlar) ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür.

 

Daha sonra bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir.

 

Qeyd edək ki, imtahan 2024-cü il fevralın 11-də keçiriləcək.


OXŞAR XƏBƏRLƏR

Sükut pozulacaq - Bir neçə gün ərzində...

Mayın 12-də axşam saatlarında səma hadisələri yeni bir dövrün başlanğıcını elan edib. Əqrəb bürcünün 22-ci dərəcəsində baş verən Tam Ay, Uranın birbaşa təsiri i...

Sakin küçədə, ticarətçi zirzəmidə: Parkinq problemi niyə həll olmur?

Məlum olduğu kimi, ötən il avqustun 7-dən etibarən nəqliyyat vasitələrinin parklanmasına görə nəzərdə tutulan qaydalar dəyişib. Yeni qaydalara görə, Bakı şəhəri...

İlham Əliyev: “PKK-nın özünü ləğv etməsi bizi də sevindirir”

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkiyənin milli müdafiə naziri Yaşar Güləri qəbul edib.   Sfera.az xəbər verir...

Bu universitetin dekanı vəfat etdi - FOTO

Gəncə Dövlət Universitetinin (GDU) Filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Zakir Ələsgərov vəfat edib.   Sfera.az qaf...

Vətəndaşların bank kartlarından ötən gün nə qədər pul oğurlanıb?

Vətəndaşların kartlarından oğurluq davam edir. Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.   Bildirilib ki, bank kartı...

Azərbaycanda bu qadınlara hökm oxundu

Ölkəyə dəyəri 100 min manatdan artıq olan qızıl-zinət əşyalarını qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd etməkdə təqsirləndirilən "Duty free"nin satıcıl...