Nazirlik yanında İctimai Şuraya seçkilər: Kimlər namizəd ola bilərlər?
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər davam edir.
Bəs İctimai Şuraya üzvlük üçün kimlər namizəd ola bilər?
Sfera.az xəbər verir ki, yetkinlik yaşına çatmış hər bir Azərbaycan vətəndaşı namizədlik üçün müraciət edə bilər.
Belə ki, İctimai Şurada üzvlüyə yüksək mənəvi, əxlaqi keyfiyyətlərə, elm və təhsil sahəsi üzrə təcrübə və biliyə malik Azərbaycan Respublikasının 16 yaşına çatmış hər bir fəaliyyət qabiliyyətli vətəndaşının namizədliyi irəli sürülə bilər. Üzvlüyə Elm və Təhsil Nazirliyi əməkdaşlarının namizədliklərinin irəli sürülməsi qadağandır.
İctimai Şuraya seçkidə seçici qismində isə yalnız vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak edə bilərlər.
Qeyd edək ki, İctimai Şuraya üzvlüyə namizədlərin və seçkidə iştirak edəcək seçicilərin qeydiyyatı üçün sənədlərin qəbulu 2023-cü ilin 30 dekabr tarixindən [email protected] poçt ünvanına göndərilməklə aparılır. Sənədlərin qəbul müddəti 31 yanvar 2024-cü il tarixində başa çatacaq.
Firuzə Əliyeva