\"Vergi ödəyicisi deyillər, buna görə də...\" - Azərbaycanda bu fəaliyyət niyə bahalaşdı?

\

Azərbaycanda repetitor fəaliyyəti olduqca geniş yayılıb. Fərdi hazırlıq qiymətlərində isə artım müşahidə olunur.

 

Bəs bu qiymət artımının səbəbi nədir?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan təhsil eksperti Elşən Qafarov bildirib ki, repetitor fəaliyyətindəki qiymət artımı ölkənin digər sahələrində baş verən bahalaşma ilə əlaqəlidir. “Xidmət sektorundakı qiymətləri bazar müəyyən edir. Əsasən Bakı və ətraf şəhərlərdə qiymətlər baha olduğu üçün, repetitorluq fəaliyyətinin qiymətləri də yüksəkdir”.

 

Ekspert bildirib ki, müvafiq qruplar üzrə İnformatika və Coğrafiya fənninin əlavə olunması da qiymətlərə təsirsiz ötüşməyib. “Bu isə qiymətlərin 30 % bahalaşmasında böyük rol oynayıb”.

 

Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi isə bildirib ki, repetitor hazırlığı nəzarət olunmayan sistemdir. “Düşünürəm ki, bu istiqamətdə nəzarət mexanizmi yaradılarsa, qiymətləri tənzimləmək olar. Bu fəaliyyətlə məşğul olan şəxslər vergi ödəyicisi deyillər. Məhz buna görə də, istənilən qiyməti təyin edirlər. Bu fəaliyyət növü açıq bir bazardır. Valideynlərin də bir çoxu bu vəziyyətdə daha ucuz repetitor axtarışına çıxırlar”.

 

Elçin Əfəndi son olaraq əlavə edib ki, qiymətlərin enməsi gözlənilmir.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Karlo Ançelottinin Braziliya millisindəki maaşı bəlli olub

Ötən gün Braziliya millisinə baş məşqçi təyin olunan Karlo Ançelottinin maaşı bəlli olub.   Sfera.az xəbər verir ki, italiyalı mütəxəssisin illi...

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb - CANLI

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb.   Sfera.az xəbər verir ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir.   Bu gü...

Nazirlikdən əhaliyə ŞAD XƏBƏR - Pulsuz evlər veriləcək

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müə...

Meqan Marklın qardaşı da onun yalanını açdı - FOTO

Meqan Markl və ailə üzvləri ilə münasibətləri mediada dəfələrlə müzakirə mövzusu olub. Şahzadə Harrinin həyat yoldaşı atası və ögey bacısı ilə ünsiyyət qurmur. ...

Pensiyalarla bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

“Pensiya yaşına çatmış ər-arvad öz pensiyasından imtina edərək həyat yoldaşının pensiyasını ala bilər. Və yaxud ər-arvad orqanizmin funksiyalarının 61-80 ...

Peskov: Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq

Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq və orada Ukrayna tərəfini gözləyəcək.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Preziden...