Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı AÇIQLANDI

Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı AÇIQLANDI

2023-cü ildə Azərbaycanda 9 900-dək əcnəbi tələbə təhsil alıb. 


Sfera.az Elm və Təhsil Nazirliyinin məlumatına əsasən xəbər verir ki, əcnəbi tələbələr 110 ölkənin vətəndaşıdır.


Müqayisə göstərir ki, 2023-cü ildə təhsil alan əcnəbi tələbələrin sayı xeyli artıb. 2022-ci ildə ölkəmizdə 8900 əcnəbi tələbə, 2015-2016-cı tədris ilində isə 4 326 əcnəbi tələbə təhsil alırdı. Buradan göründüyü kimi, əcnəbi tələbələrin sayı son bir ildə 11 faiz, 2015-2016-cı illərə nisbətən 2,28 dəfə artıb. 


Hazırda ən çox əcnəbi tələbə Türkiyə, İran, Gürcüstan, Pakistan və Rusiya vətəndaşlığını daşıyan şəxslərdir.


Vasif


OXŞAR XƏBƏRLƏR