Tətildən sonra şagirdləri məktəbə necə adaptasiya etmək olar? - Valideynlərə MƏSLƏHƏT

Tətildən sonra şagirdləri məktəbə necə adaptasiya etmək olar? - Valideynlərə MƏSLƏHƏT

Yay və bayram tətillərindən sonra bəzi şagirdlər məktəbə adaptasiya prosesində çətinlik çəkirlər.

 

Bəs bu problemin təməlində nə durur və həlli üçün nələr edilməlidir?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlamasında Abşeron rayonu Xırdalan şəhər 1 nömrəli məktəbin psixoloqu Ülviyyə Hüseynli bildirib ki, şagirdlərin yenidən məktəbə adaptasiyası maksimum 1 ay çəkir:

 

“Ümumiyyətlə, adaptasiya problemi daha çox 1-ci sinifə başlayan uşaqlarda rast gəlinir. Buna baxmayaraq, bəzən tətildən sonra da şagirdlər məktəb mühitinə uyğunlaşmaqda çətinlik çəkirlər, hətta dərsə gəlmək istəməyənlər də olur. Uşaqların 90 faizi tətil zamanı istədiyi zaman yatır, durur, telefonla oynayır, çölə çıxır, gəzir və dostları ilə görüşür. Beləliklə, evdəki rahatlığa tez öyrəşir və tənbəlləşirlər. 


Lakin şagirdlərin yenidən məktəbə adaptasiya prosesi çox vaxt almır, 2-3 həftə, maksiumum 1 ay çəkir. Yenə də bu prosesi sürətləndirmək üçün valideynlər yeni dərs ili və ya dövrü üçün uşaqları həvəsləndirməlidirlər. Yaxşı olar ki, tətil zamanı gəzməyə çıxanda belə ən azından, məktəb ərazilərindən keçsinlər və şagird məktəbi o müddətdə də görsün ki, təmamilə unutmasın”.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Rusiyada“WhatsApp” MMC və “Signal Messenger” MMC cərimələndi

Moskvanın Taqanski Rayon Sülh Məhkəməsi “WhatsApp” və “Signal” messencerlərini Rusiya qanunlarına tabe olmamaqda günahlandırıb.  ...

"Azərbaycan və Ermənistan "İbrahim sazişi"nə qoşula bilər" - ABŞ-dən İDDİA

Azərbaycan və Ermənistan İbrahim razılaşmasına qoşula bilər.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin xüsusi elçisi Stiv Vitkoff “Breitbart News...

Qadının əməliyyatdan sonra ölməsi ilə bağlı şok açıqlama

Kürdəmirdə xəstə əməliyyatdan sonra dünyasını dəyişib.   Sfera.az Report-a istinadən xəbər verir, ki hadisə rayon mərkəzi xəstəxanasında qeydə a...

Bakının bu qəsəbəsi qazsız qaldı

Bu gün Xəzər rayonunun Şağan qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.   Bu barədə Sfera.az-a “Azəriqaz” İstehsalat Bir...

İcra başçısının müavini 11 ay sonra işdən çıxdı

İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini Ruslan Məmmədov (Eldaroğlu) vəzifəsindən istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə Rus...

Rusiya ABŞ-nin təzyiqlərinə tab gətirəcəkmi? - "Artıq döyüşlərin intensivliyi azalıb"

ABŞ administrasiyası Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində irəliləyiş əldə olunmayacağı təqdirdə Moskvaya qarşı indiyədək tətbiq olunmamış, daha sərt...