“Bakıda kolleclər olmamalıdır” – Təhsil eksperti

“Bakıda kolleclər olmamalıdır” – Təhsil eksperti

"Hazırda Bakı şəhərində təhsilalanların sayı çoxdur və bu bir sıra problemlərin yaranmasına səbəb olur.Bakı şəhərində 39 ali təhsil müəssisəsi yerləşir və bu universitetlərdə 133.526 tələbə təhsil alır.  Həmçinin orta məktəblərdə, kollec və peşə təhsili müəssisələrində də təhsil alanların sayı az deyil".


Sfera.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.


Onun sözlərinə görə, bu qədər insanın gün ərzində hərəkəti ictimai nəqliyyatda sıxlığı artırır:


“Fikrimcə, mərkəzi ərazilərdə peşə təhsili müəssisələri və kolleclər olmamalıdır. Kollec və peşə təhsili müəssisələrinin yalnız bölgələrdə olması daha məqsədəuyğundur.Sıxlıq problemini arada qaldırmaq üçün Bakı şəhərində yerləşən ali məktəblərin plan yerləri ciddi şəkildə azalmalı, əvəzində həm bölgələrdə yeni universitetlər açılmalı,həm də  mövcud universitetlərin plan yerləri artırılmalıdır”. 


Ekspert bildirib ki, bu nöqteyi-nəzərdən “Bakının 2040-cı ilədək inkişafına dair Baş planı”nda təhsilin inkişafı istiqamətində görüləcək işlər misilsiz rol oynayacaq:

 

"Həmin plana əsasən, "Universitet şəhərciyi” - yeni bilik-biznes rayonu, dövlət və özəl ali təhsil müəssisələri üçün ümumi bilik mərkəzi yaradılacaq. Zirə qəsəbəsində kənd təsərrüfatı və aqrar-sənaye müəssisələrinin işçi qüvvəsi ilə təmin edilməsi üçün peşə təhsili mərkəzi mədəni və sənaye irsi əyləncəli-təhsil Parkı fəaliyyət göstərəcək”.


Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Məşhur ssenarist vəfat etdi – Nazir AÇIQLADI + FOTO

Türk filmlərinin önəmli adlarından olan 67 yaşlı Tomris Giritlioğlu dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm nazi...

Məktəblərimizdə jest dilləri tədris oluna bilərmi? - AÇIQLAMA

Bu gün Beynəlxalq Jest Dilləri Günüdür. Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 2017-ci ilin dekabrında təsis etdiyi bu tarix görmə, eşitmə və danışma...

Bu nəqliyyatda gedişhaqqı ARTDI - MƏBLƏĞ

Sabahdan "Azərbaycan Dəmir Yolları" QSC (ADY) loyallıq proqramının tətbiqinə başlayır.   Sfera.az report-a istinadən xəbər verir ki, bunu j...

Bu ərazilərlə bağlı sarı xəbərdarlıq edildi - DİQQƏT!

Sentyabrın 24-ü gündüzdən 25-i axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq ver...

Bu ölkədə YENİ TREND - Boşananda da fotosessiya etdirirlər

 Çində cütlüklər həm evlənəndə, həm də boşananda foto çəkdirirlər.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, ölkədə boşanma mərasi...

"WhatsApp" işlədənlərin NƏZƏRİNƏ - Oktyabrın 1-dən...

"WhatsApp " oktyabrın 1-dən bəzi köhnə telefon modellərini dəstəkləməyəcək.   Sfera.az bu barədə Türkiyə mediasına istinadən...