"2024-cü ildə təhsil sahəsində bu dəyişikliklər olacaq" - Kamran Əsədov

"2024-cü il ölkə təhsili üçün bir çox mühüm hadisələrin baş vermə ilidir".
Sfera.az-ın məlumatına görə, bunu təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib.
Onun sözlərinə görə, ən böyük tarixi hadisə Qarabağ Universitetinə qəbulun keçirilməsi və universitetdə tədrisin təşkili olunmasıdır:
"2024-cü ildə nəhayət ki, "Ali təhsil haqqında qanun"un qəbul olunması gözlənilir ki, bu da çox vacib məsələdir. Bu il sertifikasiya imtahanı verən müəllimlərin sayı və əhatəsi genişlənəcək. Nəhayət ki, 2018-ci ildə "Təhsil Haqqında qanun"a edilən dəyişikliklərdən sonra Ali təhsil müəssisələrində "Hazırlıq qrupları" yaradılacaq".
Ekspert bildirib ki, 2024-cü il həm də beynəlxalq şagird qiymətləndirmə imtahanları üçün mühüm ildir.
"Belə ki, bu il IELS 2025-in sınaq mərhələsi, TALIS 2024-ün əsas mərhələsi, PISA 2025-in sınaq mərhələsi keçiriləcək. Bundan əlavə qeyd edim ki, təhsil sistemində struktur dəyişikliklərinin olacağını da gözləmək olar. Belə ki, Bakı şəhəri Təhsil İdarəsinin əvəzinə Bakı rayonlarının birləşəcəyi 4 təhsil İdarəsinin yaradılması mümkündür".
K. Əsəodov son olaraq əlavə edib ki, ölkəmizdə həm yeni universitetlər, (İtaliya Azərbaycan, Türkiyə Azərbaycan), həm də bölgələrdə ADA Universitetinin yeni filial-mərkəzləri (Gəncə şəhəri, Şəki şəhəri) açılacaq".
Ülkər Abdurahmanlı