Azərbaycan 12 illik ümumi təhsil sisteminə keçir? – AÇIQLAMA

Azərbaycan 12 illik ümumi təhsil sisteminə keçir? – AÇIQLAMA

Ölkəmizdə 11 illik sistemi tətbiq olunur və 12 illik təhsilə keçid planlaşdırılır.

 

Bəs 12 illik təhsil bizə nələr vəd edir?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan Kmaran Əsədov bildirib ki, hər hansı ölkədə istənilən təhsil pilləsi üzrə təhsil müddətinin bir il artırılması ölkədə ümumi daxili məhsulun 3-6 faiz artmasına gətirib çıxarır:

 

“12 illik ümumi təhsil sisteminə keçid dünyanın bu standartlarla işləyən çox sayda ölkələri ilə müəyyən təhsil mübadilələrinin səmərəli qurulmasına imkan yaradır. Ümumi təhsilin dəyəryönümlü məqsəd daşıması, şəxsiyyətin, vətəndaşın formalaşmasına xidmət etməsi missiyası özlüyündə təhsil müddətinin az və ya çox dərəcədə uzun olmasını tələb edir.

 

Başqa sözlə, dəyərlərin mənimsənilməsinin keyfiyyəti xarakter etibarı ilə ümumi təhsilin müddətindən daha çox asılıdır. Məktəb təcrübəsi göstərir ki, ümumi təhsildə uğurlu fəaliyyət onun optimal modelindən çox asılıdır. Təbii ki, belə təhsil modelləri yaradılarkən məqsəd və vəzifələrin düzgün müəyyənləşdirilməsi vacib şərt kimi nəzərə alınır. Ona görə də, ilk növbədə, məqsədin müəyyən olunmasına xüsusi önəm verilir”.

 

Ekspert bildirib ki, aparılan aşdırmalara görə dünyanın ümumi təhsil modellərində müxtəliflik var:

 

“Konkret olaraq təcrübəsi öyrənilən 59 ölkədə ibtidai təhsil səviyyəsi müddəti müxtəlifdir. 14 ölkədə 4, 7 ölkədə 5, 23 ölkədə 6, 1 ölkədə 7, 5 ölkədə 8, 5 ölkədə 9, 4 ölkədə ştat və regionlardan asılı olaraq 4 (5) və ya (6) il müəyyən olunur. Hesab edirəm ki, müddətin uzaldılması tədris yükünün də paylanmasına və nəticədə yüngülləşməsinə gətirib çıxaracaq”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR