Dördüncü Sənaye İnqilabının təhsilə təsiri - ŞƏRH

Dördüncü Sənaye İnqilabının təhsilə təsiri - ŞƏRH

Pandemiya dünya təhsil sisteminə ciddi şəkildə mənfi təsir göstərib. Amma ən böyük müsbət təsiri texnologiyaların geniş şəkildə təhsildə tətbiqidir. Azərbaycanda da 4-cü Sənaye İnqilabı ilə bağlı qurum yaradılıb və işlər görülür. 

 

Bəs 4-cü Sənaye inqilabı nədir? Onun təhsilə təsiri nələrdir?

  

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib ki, 4-cü Sənaye İnqilabı sayəsində COVID pandemiyasından sonra təhsillə bağlı bir sıra əhəmiyyətli irəliləyişlər qeydə alınıb:


“Pandemiyadan sonra baş verən texnoloji inkişaf nəticəsində təhsildə qaçılmaz olan dəyişiklik ehtiyacı gəncdən qocaya bütün insanların həyatına əhəmiyyət kəsb edəcək dərəcədə təsir edəcək . Hazırda əldə etdiyimiz və istifadə olunan məlumatların, biliklərin çoxu köhnəlib. Köhnə təhsil vərdişlərimiz və öyrənmə üsullarımız dünyada gedən dəyişikliklərin tempinə uyğunlaşa bilmir.  4-cü Sənaye inqilabı isə təhsildə əlçatanlığı təmin edəcək”.

 


Mütəxəssis bildirib ki, ilk olaraq, təhsildə məkan və zaman məhdudiyyətləri aradan qaldırılır:

 

“İstədiyiniz zaman istədiyiniz yerdə istədiyiniz kimi təhsil almaq mümkün olur. Yəni çevik öyrənmə üsuluna keçid artıq başlayıb... Köhnə təhsil sistemi daha qapalı struktura malik olduğu və daha məhdud təbəqəyə müraciət etdiyi halda, bu gün təhsil daha geniş auditoriyaya çata bilir. Misal üçün, təxminən 80 min adamın olduğu Oksford Universitetində verilən mühazirəni dinləmək mümkündür, 30 min kilometr uzaqdan oradakılar ilə eyni informasiyanı ala bilirsən”.

 

K.Əsədov qeyd edib ki, 4-cü Sənaye İnqilabının ikinci üstünlüyü fərdiləşdirilmiş təhsilə imkan yaratmaqdır:

 

“Beləliklə, istedadlı və ya xüsusi öyrənmə çətinliyi olan uşağın öz öyrənmə tərzinə və öyrənmə sürətinə uyğun təhsil alması mümkündür. Boğaziçi Universiteti Gözdən Əlillər Texnologiya və Təhsil Mərkəzinin audio kitabxanası görmə qabiliyyəti zəif olan bir gəncin istədiyi məlumatı əldə etməsinə imkan verən əhəmiyyətli bir təşəbbüsdür. Bu həm təhsildə bərabər imkanlar deməkdir, həm də gənclərin özlərini inkişaf etdirməsinə, sosial sahədə özünə yer tutmasına şərait yaradır”.

 

Ekspertin sözlərinə görə, 4-cü Sənaye İnqilabı təhsildə seçim azadlığı da yaradır:

 

“Bu, tələbələrə istədikləri kursu, istədikləri şəkildə keçmək və inkişaflarını istədikləri şəkildə istiqamətləndirmək imkanı verir. Seçim azadlığı həm də motivasiyaya töhfə verdiyi üçün öyrənmə prosesini sürətləndirir. Xüsusilə, bu, fərdə proqramlaşdırma, kodlaşdırma və veb dizayn kimi gələcəyi formalaşdıracaq sahələrdə özünü təkmilləşdirmək imkanı verir”.

 


Müəxəssis 4-cü Sənaye İnqilabının təhsil sahəsində yaratdığı ən böyük fərqlərdən birinin layihə əsaslı öyrənmə olduğunu vurğulayıb:

 

“İnsanların və ya cəmiyyətin ehtiyaclarına uyğun hazırlanmış layihələr vasitəsilə yeni məlumatlar əldə etmək, bir problemə diqqət yetirmək və həll yolu tapmaq çox daha mənalı və dəyərlidir. 4-cü Sənaye inqilabı təkcə təhsil məzmununu deyil, həm də imtahan sistemlərini dəyişir. İndi bir çox imtahanlar rəqəmsal şəkildə keçirilir. Bu gün bir çox universitet və liseylər imtahan əvəzinə ev tapşırıqlarına və layihələrə üstünlük verirlər. İndi əzbərləmək əvəzinə insan beyninin öyrənmə sisteminə daha uyğun olan şəkildə yadda saxlamaq təhlil etmək və sintez etmək lazımdır. Misal üçün, lisey kurikulumu çərçivəsində əldə edilən biliklər artıq universitetə qəbul üçün kifayət etmir. Namizədlərin CV-ləri, cəmiyyət və insanyönümlü layihələri və elmi araşdırmaları ön plana çıxır. 4-cü Sənaye İnqilabı bir çox sahələri, xüsusən də şəxsi dəyişir. Ona görə də fərd yenilikçi mənada özünü yeniləməyə və təkmilləşdirməyə ehtiyac duyur. Gələcəyin qurulmasının açarı təhsildir. Ona görə də biz elm, təhsil sahəsində ciddi olmalıyıq. İslahatlar vacibdir, amma bu islahatları mütəxəssislər ilə həyata keçirmək lazımdır”.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Şahin Bayramov Qarabağ Universitetinin ilk tələbələrinə uğurlar arzuladı - FOTOLAR

Qarabağ Universitetində ilk dərs günüdür.   Universitetdən Sfera.az-a verilən məlumata görə, rektor Şahin Bayramov Qarabağ Universitetinin ilk tələbə...

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi BAŞLADI

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinə başlanılıb.   Sfera.az xəbər verir ki, proses...

Bakının bu ünvanlarında fərdi evlər SÖKÜLÜR: Sakinlərə PUL VERİLƏCƏK - MƏBLƏĞ

Bakının Yasamal rayonu ərazisində yeni söküntü olacaq. Belə ki, əhaliyə məxsus fərdi yaşayış evləri sökülərək yerində park inşa olunacaq.   Sfera.az ...

"Plan hazırlayıb ruslara göndərəcəyik” - Volodimir Zelenski

Kiyev Rusiya ilə danışıqlar planı hazırlayır.    Sfera.az bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.   “Biz...

VII çağırış Milli Məclisin ilk iclası keçirilir - Prezident toplantıda iştirak edir

Bu dəqiqələrdə yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir.   Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının ...

Bunlar sizi qadınlar üçün cazibədar edir - Kişilərin NƏZƏRİNƏ!

Kişiləri qadınların gözündə cazibədar göstərən hobbilərin adları açıqlanıb.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, hobbilərin siyahıs...