“Kişi müəllimlərin sayı kəskin şəkildə azalıb” – Kamran Əsədov

“Kişi müəllimlərin sayı kəskin şəkildə azalıb” – Kamran Əsədov

“Azərbaycanda kişi müəllimlərin sayı kəskin şəkildə azalıb. Azərbaycanda ümumilikdə 22 min 461 kişi, 121 min 284 qadın müəllim var”.

 

Sfera.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.

 

Onun sözlərinə görə, 33 min 312 müəllim paytaxt Bakıda fəaliyyət göstərir ki, onlardan 2590 nəfəri kişi müəllim, 30 min 722 nəfəri qadın müəllimdir:

 

“Regionlarda isə 110 min 433 nəfər müəllimimiz var ki, onların da 19 min 871 nəfərini kişi müəllimlər, 90 min 562 nəfərini isə qadın müəllimlər təşkil edir. Rəqəmlərdən göründüyü kimi, həm regionlarda, həm də paytaxtda fəaliyyət göstərən kişi və qadın müəllimlər arasında kəskin fərq var. Bu təhlili yaş kateqoriyası və fənlər üzrə daha da genişləndirsək, ortaya xoş olmayan bir mənzərə çıxacaq”.

 

Ekspert bildirib ki, mütləq şəkildə kişi müəllimlərin sayını artırmaq lazımdır: “Bunun şagirdlərin fərd kimi inkişafına bilavasitə təsiri var”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR