Yoluxucu xəstəlik və ya qəzalarla bağlı tələbəyə qaib yazılmır? - AÇIQLAMA

Yoluxucu xəstəlik və ya qəzalarla bağlı tələbəyə qaib yazılmır? - AÇIQLAMA

Məlumdur ki, hazırda şagird və tələbələr arasında qızılca xəstəliyinə tutulmuş şəxslər var. Həmçinin bədbəxt hadisə nəticəsində xəsarət alan tələbələr də olur. 

 

Bəs onlara dərsdə iştirak etmədiyi üçün qaib yazıla bilərmi?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib ki, bu kimi hallarda tələbələrin dərsdə iştirak etməməsi üzrlü hesab olunmur:

 

“Düzdür, insani nöqteyi-nəzərdən düşünə bilərik ki, bu zaman dərsdən qalma məcburidir və bu halın aradan qaldırılması həmən şəxsin əlində deyil. Amma qüvvədə olan “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nda qeyd olunur.

 

Maddə 3.2.23-ə görə, fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə (Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyası tərəfindən idman növləri üzrə təsdiq edilmiş milli yığma komandaların üzvləri olan idmançı-tələbələr istisna olmaqla) həmin fəndən imtahana buraxılmır. Bu hədd ali təhsil müəssisəsi tərəfindən azaldıla bilər”.

 

Mütəxəssis bildirib ki, sadəcə universitet daxili rəhbərliyin icazəsilə qaib yazılmaya bilər:

 

“Yəni universitet, kollec öz fəaliyyətini qüvvədə olan qanunvericilik aktlarına istinadən təşkil edir. O da düzdür ki, tələbə yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət ala, yoluxucu xəstəliyə düçar ola bilər. Bu zaman onun tibbi məntəqədə xəstəliyə aid qeydiyyat vərəqi açılır. Amma bu səbəb onun dərsdə iştirak etməməsini üzürlü saymağa əsas vermir. Tələbənin bu və ya digər səbəblərdən semestr müddətində tələb olunan müddətdən artıq dərsdə iştirak etməməsi onun həmin fəndən imtahanda iştirak etməsini məhdudlaşdırır və tələbə o fəndən kəsilmiş hesab olunur. Lakin universitet rəhbərliyinin daxili nizamnaməsinə görə, istərsə (amma məcbur və borclu deyil) o tələbənin qaiblərini üzrlü hesab edə bilər”.

 

Firuzə Əliyeva


 


OXŞAR XƏBƏRLƏR