“Şagird bu dronu harada uçursun?” – Kamran Əsədov

“Şagird bu dronu harada uçursun?” – Kamran Əsədov

Qloballaşan dünyada cəmiyyətin yüksəliş tendensiyaları innovasiyaların inkişafı ilə sıx bağlıdır. Lakin elm və təhsil müasir innovasiyalardan geri qalır.

 

Bu geriləmənin səbəbi nədir?

 

Mövzu ilə bağlı Sfera.az-danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, elm və təhsilin müasir innovasiyalardan geri qalmasının səbəbi qanunvericilik aktları ilə bağlıdır:

 

“Qanun və qaydalarda olan məhdudiyyətlər yeniliklərin çevik tətbiqinə maneə yaradır. Misal üçün, bir müddət əvvəl Azərbaycanda yüksək səviyyədə SAF 2023 festivalı keçirildi. Burada STEAM çərçivəsində hazırlanmış maraqlı texniki avadanlıqlar var idi. Böyük qismi DRON ilə bağlı texnikalar idi.  Bu məqamda sual yaranır ki, şagird bu dron avadanlığını harada uçursun? Dronu uçurmaq üçün 10-dan çox dövlət qurumundan icazə almaq lazımdır”.

 

Ekspert qeyd edib ki, əgər bir innovativ yenilikləri tətbiq etmək istəyiriksə, öncə onun qanunvericilik bazasını hazırlamalıyıq.

 

“3 ildir ki, həm pandemiya dövründə, həm müharibə zamanı, həm də indi qızılca xəstəliyi dövründə tam və qismən tədris onlayn-distant rejimdə həyata keçirilir. Amma indiyə qədər distant təhsilin qanunvericilik aktlarını qəbul etməmişik. Özümüz onlayn-distant təhsili veririk, amma xarici ölkələrdə bu formada təhsil alanların diplomunu tanımırıq”.

 

Ülkər


OXŞAR XƏBƏRLƏR

Bu bürclər pulu maqnit kimi özünə çəkəcək - YAXIN GÜNLƏRDƏ!

Ulduzlar bəzi bürclərin həyatında maliyyə baxımından uğurlu günlərin yaxınlaşdığını xəbər verir.   5 bürc yaxın günlərdə bolluq və rifahla qarşılaşa ...

Azərbaycanda bu məhsulun satışı qadağan edildi

"Vakuumlu qanalma iynəsi (kəpənək) 23G" ticarət adlı tibb vasitəsinin bir seriyası geri çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Səh...

Tanınmış ilahiyyatçıdan valideynlərə ÇAĞIRIŞ: Oğlan övladlarınızı sünnət

Dini mövzularda fərqli fikirləri cəmiyyət tərəfindən çox vaxt birmənalı qarşılanmayan ilahiyyatçı Elşad Miri bu dəfə sünnətlə bağlı açıqlaması ilə qalmaqal yara...

Bir neçə ay komada qalan tələbə vəfat etdi

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin tələbəsi vəfat edib.   Sfera.az “Unikal”a istinadən bildirir ki...

Astroloq müjdəni verdi: Qarşıdakı 4 gün ərzində...

Astrologiyaya görə, bu gün Günəş və Uran birlikdə hərəkət edəcək. Dörd gün ərzində təsirli olacaq bu astroloji inkişaf bürclərə müsbət mənada təsir göstərəcək. ...

Bakıda motosiklet arakəsməyə çırpıldı - Anbaan görüntülər

Bakıda yol-nəqliyyat hadisəsi qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə görüntünü avto-təlimçi Aqil Rəhimov paylaşıb.   Hadi...