BŞTİ: 50 məktəbin inkişaf planı hazırlanıb

BŞTİ: 50 məktəbin inkişaf planı hazırlanıb
Kateqoriya məlum deyil
T

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Təlimə Dəstək Mərkəzi tərəfindən il ərzində 50 məktəbin inkişaf planı hazırlanıb.

Bu barədə Sfera.az-a BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, inkişaf planı hazırlanan məktəblərin kollektivləri ilə görüşlər keçirilib. Görüşlərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin həyata keçirdiyi keyfiyyət monitorinqinin nəticələri təhlil edilib, müvafiq müzakirələr aparılıb və məktəblərin inkişaf perspektivləri müəyyənləşdirilib. Həmçinin inkişaf planlarının icrası istiqamətində təhsil müəssisələrinə mentor dəstəyi göstərilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR